Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İstehlakçı "bayramı yaxşı keçirim" deyə düşündüyü halda özü də bilmədən zəhərlənə bilər"
"İstehlakçı "bayramı yaxşı keçirim" deyə düşündüyü halda özü də bilmədən zəhərlənə bilər"

Əvvəllər bayram ərəfəsində bütün evlərdə şirniyyatlar - şəkərbura, qoğal, paxlava və s. bişirilirdi. Evlərdə bayram hazırlıqlarına bayrama bir həftə qalmış hazırlıq görülür, süfrələrdən bu şirniyyatlar əskik olmurdu. Amma sonra 5-6 ildə şirniyyat sexləri bu şirniyyatlardan birşirib satmağa başladı. Bu, evdar qadınların işini xeyli asanlaşdırdı. Çünki satılan şirniyyatların qiyməti evdə şirniyyat hazırlamağa sərf edilən zaman və xərclərdən daha ucuz başa gəlirdi. İndi əksər velərdə süfrələrə mağazalarda satılan şəkərbura-paxlava və digər bayram şirniyyatları düzülür. Bu şirniyyatların tərkibinə görə, qiyməti də fərqlidir. Qoz-fındıq, püstə və s. hazırlanan şirniyyatlar daha baha satılır. Yer fıstığı, kakos tozu və s. ilə olan şirniyyatlar isə nisbətən daha ucuzdur.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, istehlakçılar daha çox bayram bazarlıqları zamanı aldadılır. Çünki satılan şirniyyatların üzərində qablaşdırma tarixi, saxlanma müddəti, tərkibi istehsal edildiyi yer qeyd edilmir. Yəni istehlakçı "bayramı yaxşı keçirim" deyə düşündüyü halda özü də bilmədən zəhərlənə bilər. Eyyub Hüseynov deyir ki, istehlakçı aldığı məhsula əmin olmaq üçün satıcıdan məhsul barədə məlumat tələb edə bilər.

Eyyub Hüseynov Eyyub Hüseynov

Qeyd edək ki, bəzi mağazalarda vaxtı keçmiş məhsullar qablaşdırmadan açılaraq, yenidən sellofon paketlərə yığılaraq, yeni qablaşdırma tarixi vurulur və təkrar satışa verilir. Buna əsasən şirniyyatlar, peçenyelər, şokolad və digər konfetlərin satışı zamanı rast gəlinir. Yəni istehlakçı daha münasib qiymətə gördüyü məhsulu alır. Bu sahədə yoxlamaların olması əslində çox əhəmiyyətlidir. Çünki şəhərin əksər mağazalarında belə hallarla qarşılaşmaq mümkündür.

O ki, qaldı bayram şirniyyatına bayram ildə bir dəfə olur. Bayram üçün şirniyyatlar ev şəraitində göz önündə hazırlanmalıdır. Bu zaman istehlak etdiyinizin şirniyyatların təmiz məhsuldan hazırlandığına əmin ola bilərsiniz. Onu da qeyd edək ki, ümumiyyətlə şirniyyatlar 10 gündən artıq saxlanılmamalıdır. Əks halda, tərkibində olan məhsullar reaksiyaya girərək zəhərlənməyə səbəb ola bilər. Mağazalarda satılan tort, keksi və digər piroqların isə, saxlanma müddəti daha azdır. Yəni bayramda aldığınzı tortu 4-5 günə yeməməlisiniz. Bayramda süfrədə olan şirniyyatlar, çərəzlər, meyvə və s. qarışdırılıb qəbul edilməməlidir. Çünki bu həm də artıq çəki deməkdir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »