Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Ukraynada dərhal atəşkəs tələb edib
Makron Ukraynada dərhal atəşkəs tələb edib

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makron arasında baş tutan telefon danışığının bəzi təfərrüatları açıqlanıb.

APA xəbər verir ki, Makronla Putin arasında söhbət 1 saat 10 dəqiqə davam edib.

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Mariupoldakı vəziyyətdən həddindən artıq narahat olduğunu bildirib.

Fransa lideri Ukraynada dərhal atəşkəs tələb edib.

Kremlin yaydığı məlumatda isə bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makrona xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinin mülki şəxslərin həyatını xilas etmək üçün əlindən gələni etdiyini deyib.

“Rusiya Prezidenti bir daha qeyd edib ki, xüsusi hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri mülki şəxslərin həyatını xilas etmək üçün mümkün olan hər şeyi edir. Onların təhlükəsiz təxliyəsi üçün humanitar dəhlizlər təşkil edir”, - deyə məlumatda bildirilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »