Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna və Britaniya koalisiyanı gücləndirməyə hazırlaşır - Zelenski
Ukrayna və Britaniya koalisiyanı gücləndirməyə hazırlaşır - Zelenski

Prezident Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Conson ilə Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsini və anti-müharibə koalisiyasının gücləndirilməsini bir daha müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter” səhifəsində məlumat yayıb.

“Böyük Britaniyanın Baş naziri Boris Conson ilə müntəzəm danışıqlar aparırıq. Ona Ukrayna xalqının Rusiyanın təcavüzünə qarşı qəhrəmancasına mübarizə aparması ilə bağlı məlumat verdik. Güclü dəstəyə, o cümlədən təhlükəsizliklə bağlı göstərdiyi köməyə görə Baş nazirə minnətdarıq. Biz antimüharibə koalisiyasını birgə gücləndirmək və Ukraynada sülhü təmin etmək əzmindəyik”, - deyə Zelenski bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »