Litvada dörd rus diplomatı “persona non-qrata” elan edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.
Litvanın belə bir qərarı, Rusiyanın görünməmiş hərbi təcavüzü ilə üzləşən Ukrayna ilə həmrəy olduğunu nümaiş etdirmək üçün verdiyi vurğulanır.
Rusiyanın Litvadakı səfiri Aleksey İsakova səfirliyin dörd əməkdaşının diplomatik statusa uyğun gəlməyən fəaliyyətlərinə görə “persona non-qrata” elan edilməsi ilə bağlı nota təqdim edilib. Onlara beş gün ərzində Litvanı tərk etmək əmri verilib.
Qadir, Bizimyol.info