Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Xan Şuşinskinin anım günüdür
Bu gün Xan Şuşinskinin anım günüdür

“Qarabağ şikəstəsinin” mahir ifaçısı Xan Şuşinski...

Azərbaycan musiqisindən azacıq anlayışı olan hər kəsə tanışdı bu ad. Azərbaycan musiqisinin görkəmli nümayənədələrindən olan Xan Şuşinski, 1901-ci ildə avqusutun 20-də Şuşada anadan olmuşdu. Qarabağ xanları ilə qohumluq əlaqələri olan Xan Şuşinskinin adı əslində İsfəndiyar Cavanşirov olsa da, o Azərbaycan musiqi tarixində Xan Şuşinski olaraq qalmışdır. Ona bu adı ustatdı İslam Abdullayev “Kürdü-Şahnaz” muğamını mahir şəkildə ifa etdiyi üçün vermişdi. Xan Şuşunski yaradıcılığında Seyid Şuşunskidən təsirlənirdi.

1920-ci ildə Bakıya gələn Xan öz fəaliyyət əhatəsini genişləndirməyə başlayır. Bu zaman Cabbar Qaryağdıoğıu ilə tanış olur. Sonradan Cabbar Qaryağdıoğlu onu Qarabağ konserlətinə özü ilə aparır.

Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları və "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları, xalq mahnıları, təsniflər böyük yer tuturdu.

Xanın ifası tez bir zamanda bütün Azərbaycana yayılır. Haçı onun ifalarını sevirdi.Hətta görkəmli Azərbaycan şairi Səməd Vuröun “Azərbaycan” poemasında Xan barəsində bu msraları qeyd edir: “ Havalansın Xanın səsi, Qarabağı şikəstəsi”... O dövrdə həqiqətən də “Qarabağ şikəstəsinin” Xan kimi ifaçısı yox idi.n Xanın ifasında “Qəmərim”, “Şuşanın dağları”, “Qara göz” mahnılarının xüsusi yeri var.

Dahi bəstəkar Üzeyir Hacıbəyov da Xanın ifalarını sevirdi. Və hətta iddialara görə, Xan bütün yaradıcılığı boyunca Üzeyir Hacıbəyovdan başqa bəstəkarlarla işləməyib ancaq onun bəstələrini ifa edib. Amma təəssüflər olsun ki, Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

Xan Şuşinski 1979-cu ilin bu günündə yəni martın 18-də dünyasını dəyişib. Sənətkarlar, öz yaradıcılığı və fəaliyyəti ilə tarixdə iz buraxana şəxslər əsla ölmür. Bəlkə cimsən sıralarımzıda olmurlar, amma onların səsi, ifası hər zaman yanımızdadır.

Bu gün Xanın ifasında “Şuşanın dağları”-nı dinləyəndə başa düşürsən ki, bu mahnını bir daha heç kim belə ifa edə bilməyəcək.

Dünən Fərman Kərimzadənin anım günü idi. Onun səsindən “Axırıncı aşırım” filmi barəsində düşüncələri dinləyərkən düşünürdüm ki, sənətkarlar, xanəndələr, yaradıcı şəxslər özləri həyatda olmasa da biz onların səsini dinləyə biliriksə, dinləyə bildiyimiz müddətdə onlar ölməyəcək. Nə Xan Şuşinski, nə Fərman Kərimzadə, nə Vaqif Mustafazadə, Rəfael Dadaşov və s. başqaları biz onları unuda bilmərik ki. Bir səs, bir görüntü, əgər onları yenidən xatırlatmağımız üçün kifayət edirsə, onlar hələ uzun illər yaşayacaq...

Məsələn, “Şuşanın dağlarını” başqa ifada dinləyəndə yadımıza Xanın ifası düşəcək. Sizdə əgər dinləməmisinizsə, bircə dəfə bu mahnını Xanın ifasında dinləyin, sonra başqa bir ifaçını dinləmək istəməyəcəksiniz...

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »