Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu şərtlər daxilində Ukrayna hansısa bir sövdələşməyə getməyəcək"
"Bu şərtlər daxilində Ukrayna hansısa bir sövdələşməyə getməyəcək"

“Geridə qoyduğumuz dörd həftəni nəzərə alsaq görərik ki, Rusiya-Ukrayna müharibəsində hər iki tərəf əziyyət çəkir. Müharibənin uzanmasının Rusiya üçün yaratdığı iqtisadi sanksiyaların nəticəsində iqtisadi geriləmədən danışırıqsa, Ukraynanın ərazisinin də sözün əsl mənasında döyüş poliqonuna çevrildiyini unutmamalıyıq. Çünki burada Qərbin yeni silahlardan da istifadə etdiyini görürük. Düzdür, Qərb Ukraynaya dəstək verir. Həm də verdiyi silahlaırn bu ölkədə istifadəsini də müşahidə edirik. Bütün bunları nəzərə alaraq, demək olar ki, müharibənin uzanması tərəflərə müsbət nə isə vəd etmir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Turan Rzayev bildirib ki, müzakirə uzun müddət davam etdiyi təqdirdə hər iki tərəfin itkiləri də çox olacaq. Ukrayna şəhərləri ilə bağlı videoçarxlar paylaşılır. Hazırkı vəziyyət onu göstərir ki, müharibədən çıxan Ukrayna ərazilərinin sonrakı bərpası və quruculuq işləri hələ uzun illər davam edəcək. Rusiya isə hazırda elə görüntü verir ki, müharibənin uzanması onun üçün böyük itkilərə səbəb olmur. Amma Rusiya müharibədə qalib gəlsə də, məğlub olsa da, ən böyük itki Rusiyanın özüdür.

Turan Rzayev Turan Rzayev

“Putinin açıqlamalarından görünür ki, Rusiyanın müharibədə geri çəkilmə kimi fikri yoxdur. Danışıqlarda irəli sürdüyü şərtlər də konsturiktiv yanaşma deyil, daha çox diqtə xarakterli yanaşmadır. Krımın ilhaqının tanınması, Dombass, Luqanskın müstəqilliyinin tanınması kimi məsələlər Ukrayna üçün müzakirə məsələsi deyil. Bu şərtlər daxilində Ukrayna hansısa bir sövdələşməyə getməyəcək. Ötən gün Belarus prezidenti Lukaşenko da çıxışı zamnaı bildirdi ki, Ukraynaya təklif edilən şərtlər məqbuldur. Əgər Ukrayna bu şərtləri qəbul etməsə, kapitulyasiya aktı imzalayacaq”,- deyə bildirən politoloq qeyd edir ki, indiki halda bütün Ukrayanın ilhaqından, Rusiyanın işğalından bəhs etmək düzgün olmaz. Qərbin real dəstəyini görməsək, Ukraynaın da müharibəni uzatması çətin görünür. Bu dəstək ABŞ-ın, NATO-nun birbaşa dəstəyidir. Bunun olması isə çətin məsələdir. Çünki müharibəyə üçüncü tərəfin qoşulması, müharibənin genişlənməsinə və dünya müharibəsinə gətirib çıxara bilər.

“Növbəti mərhələdə nüvə müharibəsinin olması ehtimalı azdır” - deyən politoloq bildirib ki, tərəflər nüvə müharibəsinə getdikləri halda nəticələrinin nə olacağını yaxşı bilirlər. Rusiya, Avropa ölkələrinə və yaxud Amerikaya nüvə atmayacaq. Ukraynanın isə belə addım atması onun üçün çox böyük problemlər yarada bilər.

Turan Rzayevin fikrincə, Rusiya müharibədən geri çəkilmsə uzun müddət davam edə bilər. Bu Rusiyanın atacağı addımlardan asılıdır. Rəsmi Kreml proseslərin onun üçün də mənfiyə getdiyini yaxşı başa düşür. Ümumiyyətlə proseslərin bu həddində Rusiyanın Ukrayna qarşısında geri çəkilməsi, Amerika qarşısında geri çəkilməsi deməkdir ki, bu da baş verərsə, Rusiyada Putin hakimiyyəti başa çata bilər. Bu səbəbdən də Putinin geri çəkiləcəyi gözlənilmir. Hazırda müharibədə Ukrayna daha çox müqavimət göstərdiyini müşahidə etsək də, ərazi itkiləri mövcuddur. Yəni indiki hada müharibənin uzadılması hər iki ölkəyə də sərf etmir və Ukraynanın ərazi itkilərinin artmasına gətirib çıxara bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »