Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda heç bir məktəb distant tədrisdə deyil
Bakıda heç bir məktəb distant tədrisdə deyil

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən məktəblərin heç biri hazırda distant tədrisdə deyil".

Bizimyol.info xəbər verir ki, bunu İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

M.Vəliyeva bildirib ki, martın 20-dən Novruz bayramı ilə əlaqədar məktəblərdə də tətil başlayır. O qeyd edib ki, distant tədrisdə olan siniflər də tətil müddəti bitəndə əyani tədrisə qayıdacaqlar və beləliklə Bakı şəhəri üzrə distant tədris davam etdirən məktəb olmayacaq.

"Hazırda paytaxtın ümumtəhsil müəssisələrində pandemiya ilə əlaqədar vəziyyət sabitdir", - deyə idarə müdiri bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »