Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada müharibəyə qarşı çıxan fond sədri vəzifəsindən kənarlaşdırılır
Rusiyada müharibəyə qarşı çıxan fond sədri vəzifəsindən kənarlaşdırılır

“Skolkovo” Fondunun sədri, Rusiya baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç tutduğu vəzifədən getmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə "RBC" onun nümayəndəsinə istinadən məlumat verir.

"Arkadi Dvorkoviç "Skolkovo" Fondunun sədrinin səlahiyyətlərini icra etməyə xitam vermək və diqqətini "Böyük Skolkovo" çərçivəsində təhsil layihələrinin inkişafına yönəltmək qərarına gəlib", - deyə sədrin nümayəndəsi bildirib.

Bir neçə gün əvvəl prezidenti Dvorkoviç olan Beynəlxalq Şahmat Federasiyası (FIDE) “Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinə” əsasən, Rusiya və Belarus idmançılarını müvəqqəti olaraq yarışlardan kənarlaşdırıb. Dvorkoviç Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğunu "Mother Jones"a da müsahibəsində deyib.

Bunun fonunda “Vahid Rusiya”nın Baş Şurasının katibi Andrey Turçak partiyanın “Dvorkoviçin dərhal işdən çıxarılmasını tələb etdiyini” bildirib. Bu tələbin səbəbi Dvorkoviçin Ukrayna böhranı ilə bağlı açıqlamaları olub: “Bu, prezidentin bu gün dediyi milli xəyanətdən, beşinci kolonun davranışından başqa bir şey deyil”, – deyə Turçak əlavə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »