Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: Qərb hərbi cinayətlərə məhəl qoymur - Prezidentin unutqanlığı
Putin: Qərb hərbi cinayətlərə məhəl qoymur - Prezidentin unutqanlığı

“Ukrayna nümayəndələri getdikcə daha çox qeyri-real təkliflər irəli sürərək Rusiya ilə danışıqları uzatmağa çalışır. Lakin Rusiya tərəfi öz prinsipial yanaşmalarına uyğun olaraq həll yollarının axtarışını davam etdirməyə davam edir”.

Bizimyol.info xəbər verir ki, Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolzla telefon danışığında bildirib.

"Vladimir Putin videoformatda Rusiya və Ukrayna nümayəndələri arasında davam edən danışıqların gedişi ilə bağlı öz qiymətləndirmələrini də açıqlayıb. Qeyd olunub ki, Kiyev rejimi getdikcə daha çox real olmayan təkliflər irəli sürərək, danışıqlar prosesini ləngitməyə çalışır. Buna baxmayaraq, Rusiya tərəfi özünün məlum prinsipial yanaşmalarına uyğun həll yollarının axtarışını davam etdirməyə hazırdır”, - deyə məlumatda bildirilir.

Rusiya Federasiyasının prezidenti Şolzun diqqətini Ukrayna təhlükəsizlik qüvvələrinin Donetsk və Makeyevkada həyata keçirdiyi iddia edilən raket hücumlarına cəlb etməyə çalışıb.

"Ukrayna ətrafında vəziyyətin müzakirəsi davam edib. Rusiya prezidenti Ukrayna təhlükəsizlik qüvvələrinin Donetsk və Makiyevka yaşayış məntəqələrinə raket zərbələri endirməsinə diqqət çəkib. Bu, ağır itkilərə səbəb olub. Qərbdə bu hərbi cinayətlərə məhəl qoyulmayıb". Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Söhbət Scholz-un ​​təşəbbüsü ilə baş tutub.

Qeyd edək ki, Ukrayna ordusu martın 18-də səhər saatlarında Lvov şəhərinin Rusiya ordusu tərəfinfən qanadlı raketlərlə hücumuna məruz qaldığını bildirib. "X-555" raketləri Qara dəniz regionundan strateji bombardmançı təyyarələr tərəfindən buraxılıb. Amma   Rusiyanın dövlət başçısı bu hadisəni xatırlatmağı "unudub".

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »