Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda bölgədən dəhşətli görüntülər gəlməyə davam edir.
Bizimyol.info xəbər verir ki, bütün dünya gözünü bu bölgədən gələn sülh xəbərlərinə dikdiyi halda, Ukraynadan gələn son görüntü qan dondurdu. Belə ki, Rusiya əsgərlərinin təslim olan ukraynalı mülki şəxsi güllələyərək öldürdüyü anın görüntüləri Almaniyanın ZDF televiziyası tərəfindən yayımlanıb.
Görüntülərdə görünür ki, rus əsgərlərinə doğru gələn bir avtomobil yolun ortasında dayanır və düşən mülki şəxs əllərini qaldıraraq təslim olur. Lakin əsgərlər mülki şəxsi güllələyərək öldürürlər. Daha dəhşətlisi isə odur ki, əsgərlər öldürdükləri mülki şəxsin cəsədini yerdə sürüyərək ağacın altına qoyurlar.
Ukrayna müdafiə qüvvələri avtomobildə olan qadın və uşağın Rusiya qüvvələri tərəfindən əsir götürüldüyünü bildirir. Rusiya isə öz bəyanatında mülki şəxslərin qətiyyətlə hədəf olmadığını və onların mülki şəxslərə qarşı heç bir hücumunun olmadığını təkrarlayıb.
Qeyd edək ki, beynəlxalq hüquqa görə, müharibələrdə mülki əhalinin güllələnməsi müharibə cinayəti sayılır.
Bu arada Sergey Lavrov deyib ki, onlar Mariupol sakinlərinin Rusiyaya keçməsinə şərait yarada bilərlər. Amma Rusiyaya tərəf gedənlərin güllələndiyini nəzərə alsaq, Mariupol sakinləri haqlı olaraq Rusiyaya üz tutmayacaqlar.
Leyla, Bizimyol.info