Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arnold Şvartseneggerdən rus xalqına çağırış
Arnold Şvartseneggerdən rus xalqına çağırış

Məşhur Hollivud ulduzu və bir zamanlar Kaliforniya qubernatoru olmuş Arnold Şvartsenegger də Rusiya ilə Ukrayna arasında gedən müharibə ilə bağlı açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, 80-90-cı illərə baş rolda çəkildiyi bir çox film, xüsusilə “Terminator” və “Konan” filmləri ilə damğasını vuran, daha sonra Kaliforniya Qubernatoru vəzifəsini icra edən 74 yaşlı Şvartsenegger “Twitter” hesabından açıqlamalar verib.

9 dəqiqəlik videoçarx hazırlayan məşhur aktyor rus xalqına səslənərək, ölkələrindən gələn informasiya çirklənməsinə, saxta xəbərlərə inanmamalarını istəyib.

Rusiya xalqının Rusiya prezidenti Vladimir Putini müharibəni bitirməyə çağıraraq ona təzyiq etməsini istəyən Şvartsenegger, Kremlin Rusiya xalqına bilərəkdən yalan məlumatlar verdiyini və bununla da müharibəni qanuniləşdirməyə çalışdığını iddia edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »