Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırovdan növbəti "şou": Baydenə təşəkkür etdi
Kadırovdan növbəti "şou": Baydenə təşəkkür etdi

Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya dəstək verməyə qərar verən və müharibədə istifadə edilmək üçün silah göndəriləcəyini açıqlayan ABŞ prezidenti Co Baydenə təşəkkür edib.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Baydenin 800 milyon dollarlıq hərbi yardım paketini açıqlaması və ABŞ-ın silah istehsalçılarından Ukraynaya yüksək səviyyəli silah və sistemlərin göndəriləcəyi ilə bağlı açıqlamasından sonra Kadırov Telegram-da sərt ifadələr işlədib. Kadırov açıqlama verərək, bu silahları ələ keçirib Rusiya adından istifadə etməyi səbirsizliklə gözlədiyini bildirib.

“Vaşinqtondan gözəl, həyəcanverici və ümidverici xəbərlər gəldi. İndiyə qədər Ukraynada ələ keçirdiyimiz silahlar bizi heç də qane etməyib. Biz uzun müddətdir ki, döyüşçülərimizi necə ruhlandıracağımızı düşünürdük, lakin amerikalıların bizə kömək edəcəyini heç düşünməmişdik.

ABŞ-ın silah göndərdiyi xəbərini oxuyanda “ağzım sulanır” deyən Kadırov, “bütün bunlar doğrudanmı bizim olacaq?” deyə düşündüyünü bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »