Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
18 yaşlı qızı öldürüb basdırdı, cinayətin üstü 5 il sonra açıldı
18 yaşlı qızı öldürüb basdırdı, cinayətin üstü 5 il sonra açıldı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.

Bildirilir ki, quruma daxil olan məlumata  görə, 1999-cu il təvəllüdlü Ağsu şəhər sakini Qəhrəmanova Ayşən Namizəd qızının 27 yanvar 2017-ci il tarixdə itkin düşməsi faktına görə Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanan cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 20 dekabr 2019-cu il tarixdə dayandırıldığı bildirilib.

07 mart 2022-ci il tarixdə iş üzrə icraat təzələnərək istintaq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən davam etdirilib. Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri həyata keçirilib.

İstintaqla müəyyən edilib ki, 2017-ci il yanvarın 27-dən 28-ə keçən gecə 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirərək onu öldürüb meyiti əvvəlcə Qaraqaşlı kənd qəbristanlığında gizlədib, yanvarın 28-də saat 22 radələrində isə meyiti oradan götürüb Kürdəmir rayonu ərazisində Şirvan kanalının yaxınlığında basdırıb.

16 mart 2022-ci il tarixdə meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb.

17 mart 2022-ci il tarixdə Asif Manafov şübhəli şəxs qismində tutulub, dindirilərkən o, törətdiyi əməli etiraf edib.

Prokurorluq orqanları tərəfindən ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »