Ukraynadakı Rusiya qüvvələri yüksək rütbəli zabitlərini itirməkdə davam edir.
Bizimyol.info xəbər verir ki, "KP-Ufa" nəşri Ukraynada 12-ci mühəndis briqadasının komandiri, polkovnik Sergey Poroxnyanın öldürüldüyünü bildirib.
Poroxnya ponton körpünün quraşdırılmasına nəzarət edərkən həlak olub.
Polkovnikin olduğu ərazi minaatanlarla atəşə tutulub, onun aldığı xəsarətlərdən öldüyü bildirilir.
Qadir, Bizimyol.info