Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya milyarderi: “Xidmətçilərin pulunu belə verə bilmirəm, bəlkə evi elə özüm yığışdırım?”
Rusiya milyarderi: “Xidmətçilərin pulunu belə verə bilmirəm, bəlkə evi elə özüm yığışdırım?”

Ukrayna müharibəsi Rusiya oliqarxlarını çox çətin vəziyyətə salıb. Sanksiyalar siyahısında onların da adı yer alır. Kremllə kiçik əlaqə belə, milyarderlərə zərbə vurur. Mixail Fridman ən çox zərər görənlərdəndir.

Bizimyol.info xəbər verir ki, rusiyalı milyarderin bütün bank kartları bloklanıb. Fridman tamamilə pulsuz qaldığını bildirir. Londonda yaşayan iş adamı çarəsiz vəziyyətdə olduğunu deyir.

“Mən burada əsirlikdəyəm. Xidmətçilərin pulunu belə verə bilmirəm. Bəlkə evi elə özüm yığışdırım? Tələbə olanda yataqxanada balaca otaqda dörd nəfər qalırdıq. 35 il sonra bu həyatı yaşamaq gözlənilməzdir”.

Fridmanın bank kartları martın 15-də bloklanıb. İndi milyarder Böyük Britaniya hökumətinə hər xərclədiyi funt sterlinqin hesabatını təqdim etməlidir. Aylıq xərcləri 2500 funt sterlinqi (təxminən 3300 dollar) keçə bilməz.

Fridman hələ Vladimir Putinin hakimiyyətə gəlişinə qədər varlanıb. Bank işləri və enerji sahəsindəki fəaliyyət onu zəngin adama çevirib. Son günlərə qədər Mixailin valideynləri Lvovda yaşayırmış. Onlar hətta Ukrayna vətəndaşıdır. İndi Fridmanın valideynlərinin evi köçkünlərin sığınacaq yerinə çevrilib.

Rusiyalı milyarder Kremlin Ukraynada hərbi əməliyyatlara başladığı gün Moskvada olub. Fridman dərhal Londona yola düşüb. Milyarder müharibənin əleyhinədir. Bunu müsahibələrində gizlətmir. Amma Fridman Putinin əleyhinə söz deməkdən çəkinir.

Fridman Rusiyaya qayıtmağı təhlükəli sayır. Onsuz da indi milyarderin belə imkanı da yoxdur. Fridman ən adi xərclərin öhdəsindən gələ bilmir. İsrail vətəndaşı olmaq da işə yaramır. Milyarderin həmin ölkədə daşınmaz əmlakı yoxdur. Bank hesablarındakı pullara əli çatmaması Fridmanı çox ağır duruma salıb.

Rusiyalı milyarder deyib ki, pulsuzluğa baxmayaraq, problemini ukraynalıların faciəsi ilə müqayisə etmək olmaz. İndi onun valideynlərinin evində 15 köçkün müharibənin bitməsini gözləyir.

Fridmana yalnız Böyük Britaniya sanksiya tətbiq edib. ABŞ-da onu hələ yada salmayıblar.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »