Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Ərdoğanı Rusiya-Ukrayna danışıqları barədə məlumatlandırıb
Putin Ərdoğanı Rusiya-Ukrayna danışıqları barədə məlumatlandırıb

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

APA-nın verdiyi məlumata görə, telefon danışığı zamanı ikitərəfli gündəlikdə duran məsələlərə ətraflı baxılıb.

Xarici işlər nazirləri arasında Antalya və Moskvada keçirilən son danışıqların nəticələri müsbət qiymətləndirilib. Qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın, o cümlədən enerji sektorunda strateji layihələrin həyata keçirilməsinin daha da inkişaf etdirilməsi əhval-ruhiyyəsi ifadə olunub.

Ukrayna ətrafında vəziyyətin inkişafının müxtəlif aspektləri müzakirə edilib. Vladimir Putin Rusiya və Ukrayna nümayəndələrinin danışıqlarının gedişi barədə də məlumat verib.

Söhbət zamanı humanitar məsələlərə xüsusi diqqət yetirilib. Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarının Ukrayna ərazisindən təxliyəsi, eləcə də Türkiyə yükləri daşıyan gəmilərin Azov dənizindəki Rusiya limanlarından təhlükəsiz çıxışına göstərdiyi köməyə görə rusiyalı həmkarına minnətdarlığını bildirib.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »