Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya öz sosial şəbəkəsini açır
Rusiya öz sosial şəbəkəsini açır

Rusiyada Qərbin populyar sosial şəbəkələri fəaliyyətini dayandırıb. Əvvəlcə Rusiya vətəndaşlığı olan blogerlərin, məşhur simaların hesabları bağlanmışdı. Ardınca Kreml həmin sosial şəbəkələrə daxil olmaq imkanlarının üzərindən xətt çəkib. Xüsusilə “Instagram”da populyarlaşmış Rusiya vətəndaşları üçün sanki böyük faciə baş verib. Yayılan videolarda blogerlər göz yaşlarını saxlaya bilmir.

Çünki “Instagram” onlar üçün həyat tərzinin bir parçasına çevrilmişdi. Üstəlik, böyük pullar qazanmaq imkanı da yaranmışdı.

Bizimyol.info xəbər verir ki, Rusiyada “Instagram” əvəzinə yeni sosial şəbəkə açılır. “Rossqram” martın 28-dən ölkə vətəndaşlarının ixtiyarına veriləcək. “Rossqram.ru” əvvəlcə test rejimində işləyəcək. Apreldən Rusiyada hər kəsin bu sosial mediadan istifadə edə biləcəyi qeyd olunur.

İlk baxışdan hər şey normal görünür. Rusiyada sosial media istiqamətində ciddi boşluq yaranıb. “Odnoklassniki” illər əvvəl olduğu qədər populyar deyil. Həmin layihənin istifadəçilərinin əksəri çoxdan “İnstagram”a “köç edib”. Amma nəzərə almaq lazımdır ki, təkcə uyğun ad taparaq sosial şəbəkə açmaqla iş bitmir. “Instagram”ın əsas üstünlüklərindən biri sadə insanlara evində əyləşərək rahat pul qazanmaq imkanı yaratmasıdır. “Rossqram” bu vəzifənin öhdəsindən nə dərəcədə gələ biləcək? Rusiyada sosial-iqtisadi vəziyyət çox ağırdır. Xarici şirkətlərdə çalışan minlərlə insan işsiz qalıb. Qiymətlər azı iki dəfə artıb. Gələcəyə nikbin baxmaq olmur. Hələ bundan sonra durumun bir az da pisləşəcəyini rahatlıqla proqnozlaşdırmaq mümkündür. “Rossqram” “Odnoklassniki”nin başqa tayına çevrilməyəcəkmi? Sivil dünya ilə bağları kəsilən ölkədə yeni layihəyə necə nikbin yanaşmaq olar? Uğursuzluq ehtimalı çox böyükdür.

“Rossqram” indidən məsxərəyə qoyulur. Rusiyanın məşhur simalarından sayılan sənət adamı, Alla Puqaçovanın həyat yoldaşı Maksim Qalkin yeni sosial şəbəkəyə lağ edib. O, “Rossqram”ı “anonim əyyaşların yeni cəmiyyəti” adlandırıb. Rusiyanı tərk etmiş Maksim Qalkin ölkəsinin gülünc vəziyyətə qaldığını deyib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »