Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın neft və təbii qaz sahəsindəki ən böyük oyunçuları kimlərdir?
Dünyanın neft və təbii qaz sahəsindəki ən böyük oyunçuları kimlərdir?

Rusiya-Ukrayna müharibəsinin özü ilə gətirdiyi enerji qiymətlərindəki dəyişikliklər bir çox dünya dövlətlərinin diqqətini ən çox neft və təbii qaz ehtiyatı olan ölkələrə yönəldib. Məlum müharibə ilə gündəmə gələn iqtisadi sanksiyalar arasında enerji “toxunulmaz” sahə hesab olunsa da bu bazardakı narahatçılıq, qiymət artımı və xaricdən asılılıq enerjinin də ən azı, müdafiə sistemi qədər vacib ehtiyac olduğunu göstərir.

Bu səbəbdən, enerji təchizatı təhlükəsizliyinin əhəmiyyəti, strateji resurs ölkələrin enerji təchizatı təhlükəsizliyini təmin edərkən nə qədər vacib olduğu bütün dünya tərəfindən, o cümlədən də, bir çox Aİ ölkələri tərəfindən müşahidə olunur. Bəs dünyada ən böyük neft və təbii qaz yataqları, rezervləri hansı ölkələrə məxsusdur? Dünyanın neft və təbii qaz sahəsindəki ən böyük oyunçuları kimlərdir?

Ölkələrin kəşf etdiyi yeni ehtiyatlarla dünyada təsdiqlənmiş neft ehtiyatları ildən-ilə artır. Beynəlxalq Enerji Agentliyinin (IEA) hazırladığı məlumatlara görə, 2021-ci ilin əvvəlində dünyada ümumi hasil olunan neft ehtiyatları 1,7 trilyon barelə çatıb. Bu rəqəm dünyada təxminən 50 illik neft istehlakına bərabərdir.

Ən çox neft ehtiyatına malik ölkələrin sıralamasına baxdığımızda, Venesuela 303,8 milyard barel və dünya payının 17 faizi ilə birinci, İran 258,6 milyard barel və 14,5 faiz payla ikinci, Kanada isə 170,3 milyard barel və 11,7 faiz payla dünyada üçüncü yerdədir. Daha sonra bu ölkələri müvafiq olaraq İraq, Küveyt, BƏƏ, Rusiya, Liviya və ABŞ izləyir. Dünyanın ilk 10 ölkəsi arasında yer alan, 80 milyard barel neft ehtiyatına və dünya ehtiyatlarında təxminən 4,5 faiz paya malik Rusiyanın da mühüm aktor olduğunu söyləyə bilərik.

Digər tərəfdən, dünyanın ən böyük təbii qaz ehtiyatlarına nəzər saldıqda, oxşar ölkələrin birinci yerdə olduğunu görürük. Dünyada təsdiqlənmiş təbii qaz ehtiyatları neft kimi ildən-ilə artır. OPEC-in məlumatına görə, 2020-ci ilin sonuna qədər dünyada mövcud təbii qaz ehtiyatları 206,7 trilyon kubmetrə yüksəlib. Rəqəmlərdən yola çıxsaq, görünür, hazırkı ehtiyatlar dünyanın təxminən 53 illik istehlakını ödəməyə kifayət edir.

Ən yüksək təbii qaz ehtiyatına malik ölkələrin sıralamasına baxsaq, dünyada 48,9 trilyon kubmetr və 23,6 faiz payla Rusiya birinci yerdədir. Həmçinin, Rusiya təbii qaz ehtiyatları ilə Avropa qitəsinin bir çox ölkəsini təmin edir. Avropa ölkələrinin təbii qaza görə Rusiyadan asılılığı 40 faizə çatdığından, təbii qazın strateji əhəmiyyəti getdikcə artır.

Dünyada ən çox təbii qaza malik ikinci ölkə isə cənub qonşumuz İrandır. İran 34 trilyon kubmetr ehtiyatı və dünyadakı 16,4 faiz payı ilə təbii qaz bazarının mühüm oyunçularından biridir. Qətər isə “LNG” layihəsi olaraq təbii qaz ixrac 23,8 trilyon kubmetr ehtiyata malik və dünyada 11,5 faiz payı ilə təbii qaz bazarında əhəmiyyətli üçüncü ölkədir. Ən çox təbii qaz ehtiyatına malik bu üç ölkəni isə müvafiq olaraq, Türkmənistan, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Nigeriya, Venesuela və Əlcəzair izləyir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »