Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BƏƏ-nin yük gəmisi İranın Asalouye limanında batıb
BƏƏ-nin yük gəmisi İranın Asalouye limanında batıb

Göyərtəsində 30 heyət üzvü olan Birləşmiş Ərəb Əmirliklərinə məxsus yük gəmisi İranın körfəz sularında batıb.

Bizimyol.info xəbər verir ki, İranın rəsmi "İRNA" xəbər agentliyindən verilən məlumata görə, Asalouyeh limanından təxminən 50 kilometr (30 mil) aralıda baş verən insident dənizdə axtarış-xilasetmə əməliyyatına səbəb olub. Gəmidə olanlardan biri istisna olmaqla, hamısı xilas edilib.

İranın Buşehr əyalətinin rəsmisi gəminin avtomobilləri daşıdığınıbildirib: “İndiyə qədər iyirmi doqquz ekipaj üzvü xilas edilib və xilasetmə əməliyyatları daha bir komanda üzvünün tapılması üçün davam edir”,- deyə qeyd edib.

Dubayda yerləşən "Salem Al Makrani Cargo Company" daha əvvəl "Reuters"ə bildirib ki, gəmisi pis hava şəraiti nəticəsində batıb. Firmanın sözçüsü Asalouyeh liman rəhbərliyi ilə əlaqə saxladığını bildirib.

İranın meteoroloji xidməti çərşənbə günü Asalouyeh yaxınlığındakı sularda güclü külək və dəniz səyahətləri üçün qırmızı xətt xəbərdarlığı elan edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »