Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml Putinin "Rusiya cəmiyyəti satqınlardan təmizlənir" ifadəsini şərh edib
Kreml Putinin "Rusiya cəmiyyəti satqınlardan təmizlənir" ifadəsini şərh edib

"Vətən xaini adlandırıla bilənlərin özləri də cari hadisələr fonunda Rusiya cəmiyyətinin həyatından yoxa çıxırlar".

Bizimyol.info xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Prezident Vladimir Putinin çərşənbə günü keçirilən müşavirədə Rusiya cəmiyyətinin təbii özünü təmizləməsi ilə bağlı sözlərini şərh edən Peskov qeyd edib ki, çox insan rus dilində desək, özünü satqın kimi göstərir.

"Belə çətin vaxtlarda və belə məsuliyyətli, emosional baxımdan çox yüksək situasiyalarda, sadəcə, bir çox insan öz mahiyyətini nümayiş etdirir", - Peskov bildirib. "Onlar özləri də həyatımızda yox olurlar. Kimsə vəzifəsini qoyub gedir, kimsə aktiv xidmət müddətini, kimi ölkəni tərk edib başqa ştatlara köçür. Bu təmizlik belə olur. Kimlərsə qanunu pozurlar və buna görə məhkəmə qərarları ilə də öz cəzalarını çəkirlər”, - deyə o, yekunlaşdırıb.

Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına qarşı çıxan insanların qapılarına Z hərfinin vurulması halları ilə bağlı məlumatı şərh etməyi xahiş edən Peskov bunun “təmizləmə istiqamətində hansısa addım” olduğuna şübhə etdiyini bildirib. "İndi hər kəs çox emosional şəkildə baş verənlərə münasibətini nümayiş etdirir. Onların böyük əksəriyyəti prezidenti təkcə emosional deyil, həm də effektiv şəkildə dəstəkləmək istəyir", - o vurğulayıb.

Bundan əvvəl prezident Vladimir Putin bildirmişdi ki, irkəşmiş Qərb dövlətləri “beşinci kolon deyilən milli satqınlardan yararlanmağa” çalışır. Eyni zamanda o, əlavə edib ki, istənilən xalq, xüsusən də rus xalqı həqiqi vətənpərvərləri zibildən və satqınlardan həmişə ayıra bilir. Putin cəmiyyətin bu cür təbii və zəruri özünütəmizləməsi ölkəni gücləndirəcəyinə xidmət etdiyini deyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »