Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml Putinlə Kadırov arasında telefon danışığını təsdiqləyib
Kreml Putinlə Kadırov arasında telefon danışığını təsdiqləyib

Rusiya prezidenti Vladimir Putinlə Çeçenistan rəhbəri Ramzan Kadırov arasında bir gün əvvəl telefon danışığını olub.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Lakin Kremlin sözçüsü danışığın təfərrüatlarını açıqlamayıb.

"Aydınlaşdırmaq mümkün deyil, biz razılaşdıq ki, hərbi əməliyyatın aparılması ilə bağlı biz heç bir məlumat verməyəcəyik. Bu, bizim yox, Müdafiə Nazirliyinin səlahiyyətindədir", - deyə Peskov Kadırovun Putinlə birbaşa görüşünün nə ilə bağlı olması sualını cavablandırarkən deyib.

Eyni zamanda, Peskov qeyd edib ki, dəqiqləşdirmə üçün ya Kadırova, ya da Müdafiə Nazirliyinə müraciət etmək doğru olardı: “Həqiqətən də, planlaşdırıldığı kimi, prezident Kadırova zəng etdi və onlar müzakirə etmək istədikləri mövzuda danışdılar”, - deyə o əlavə edib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla telefonla danışacağını və xüsusən də Ukraynada keçirilən xüsusi əməliyyat zamanı öz tapşırıqlarını layiqincə yerinə yetirən çeçen hərbçilərinin hərəkətlərini müzakirə edəcəyini bildirib. Daha sonra Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, Rusiya qüvvələri Mariupol vilayətindəki xüsusi təyinatlıların keçirdiyii əməliyyatlar birbaşa onun rəhbərliyi altında keçirilib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »