Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan özünü ərzaq qıtlığından necə qoruyacaq?
Azərbaycan özünü ərzaq qıtlığından necə qoruyacaq?

Pandemiya nəinki ölkəmizi, bütün dünyada kənd təsərrüfatı üzrə tədarük zəncirini pozduğu, potensial ərzaq böhranı təhdidini yaratdığı halda Rusiya və Ukrayna arasında baş verən müharibə bu vəziyyəti daha da dərinləşdirir.

Ərzaq məsullarının qlobal miqyasda bahalaşmasının fundamental səbəbləri aradan qaldırılmayıbsa, bu bahalaşma prosesi hələ bir müddət nəinki qalıcı olacaq, hətta qiymətlərin daha da artacağı istisna deyil. Belə ki, daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırılıb.

Ölkəmiz artıq neçə ildir daxildə çörəyin, unun qiymətinin artmaması üçün buğda idxalını, un və çörək satışını ƏDV-dən azad edib. Dövlət Statistika Komitəsinin son açıqladığı məlumata görə, alıcılar ötən ay aldıqları məhsulu bu ay almaq üçün əlavə olaraq 17,2 faiz pul xərcləməlidirlər. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu imkanlardan, əkin sahələrindən məqsədli istifadə etsələr, mövcud problemlərin həllinə öz müsbət təsirini göstərəcək.

Azərbaycanda ərzaq təhlükəsizliyi və əhalinin ərzaq təminatı ilə bağlı əsas hədəflər strateji ərzaq məhsullarının istehsalının genişləndirilməsi, taxıl-buğda istehsalında məhsuldarlığın artırılması, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin yüksəldilməsidir. Əhalinin həyat səviyyəsinin və ərzaqla etibarlı təminatının bazarların səmərəli fəaliyyətindən bilavasitə asılı olduğu nəzərə alınaraq, ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi daim diqqət mərkəzində olmalıdır.

Get-gedə artan bahalaşmadan ölkə əhalisi təşvişə düşür, hətta bəzi bölgələrdə aparılan araşdırmalarda marketlərdə un və un məhsullarının tapılmadığının şahidi olduq. Bunun əsas səbəbi isə insanların sözügedən məhsulların həmişəki alış-verişindən daha çox miqdarda alıb evlərinə daşımasıdır.

Ekspertlər isə bəyan edir ki, əgər dünyada baş verən problemlərlə bağlı Rusiya məhsullarının ölkəmizə idxalında problemlər yaranacaqsa, biz bunu başqa dövlətlərin məhsulları ilə əvəz edə bilərik.

Havar, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »