Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Bundestaqda Almaniyanı tənqid edib - Video
Zelenski Bundestaqda Almaniyanı tənqid edib - Video

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Almaniya Ukraynanın Avropa institutlarına girişini ləngitdikdə Avropada yeni divarın tikintisinə şərik olur.

Bizimyol.info xəbər verir ki, o, bunu martın 17-də Almaniya Bundestaqının deputatları qarşısında çıxışında bildirib.

Prezident çıxışına iradlarla başlayıb: "Almaniyada bir çox siyasətçilər Rusiyanı vəziyyətin tələb etdiyi şəkildə məhdudlaşdırmaq istəmirlər. Mən sizə üç həftəlik genişmiqyaslı işğaldan sonra yazıram. Minlərlə ukraynalı öldükdən sonra.

Şirkətlərinizin müharibəni maliyyələşdirmək üçün sizdən və digər ölkələrdən istifadə edən bir dövlətlə - Rusiya ilə nə qədər əlaqə saxladığını gördük”,- deyib.

Zelenski vurğulayıb ki, əvvəllər Ukraynanın Qərb dünyasına sürətli inteqrasiya etməsinə qarşı çıxan Almaniya da bu hücuma görə məsuliyyət daşıyır.

"Sizdən Ukraynanın NATO-ya üzv olmaq üçün nə etməli olduğunu soruşduqda cavab olaraq eşitdik ki, masada belə bir qərar yoxdur və olmayacaq. Bunlar Avropanı bölmək üçün hörüləcək divarın daşlardır",- deyə prezident bildirib.

Vladimir Zelenski isə Almaniyada baş verənləri anlayan siyasətçilərin olduğunu vurğulayıb.

"Mən əxlaqı iqtisadiyyatdan üstün tutan alman biznesinə minnətdaram. Rusiyanın pulu ilə ukraynalı uşaqların ölümü arasında həyatı seçən siyasətçilərə minnətdaram. Ukraynanın Avropa İttifaqında olmasını istəyənlərə minnətdaram",- Zelenski deyib.

O, həmçinin kansler Şolzu Avropada hazırda tikilən divarı yıxmağa çağırıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »