Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrovun uçuşu ilə bağlı sirr - Zaxarova “Bild”i “saxtkarlıq lideri” adlandırıb
Lavrovun uçuşu ilə bağlı sirr - Zaxarova “Bild”i “saxtkarlıq lideri” adlandırıb

Almaniyanın "Bild" qəzetini Rusiya xarici işlər nazirinin Pekinə yarımçıq dayandırılan uçuşu ilə bağlı məlumat dərc edib.

Bildirilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı gecəsi Pekində böyük müttəfiqləri ilə görüşə getmək istəyib:

"Lakin onun təyyarəsi yolun yarısından - Novosibirskdən geri dönüb. Çinə getmək əvəzinə, qət etdiyi 2800 kilometr yoldan geri dönən nazir Moskva Vnukovo hava limanına enməli olub.

Pekin Putinin xarici işlər naziri Lavrov qəbul etmək istəmədi, yoxsa, Moskvada saraydakı "yanğın" üzündən Putin onu geri qaytarmağı əmr etdi?", - deyə qəzet yazıb.

Məlumata Rusiya siyasi dairələrindən dərhal cavab gəlib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın “Bild” qəzetini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Çinə guya uçuşu ilə bağlı yazdığı məqaləyə görə “saxtkarlıq lideri” adlandırıb.

"Almaniyanın bu məğlubedilməz, "Bild" qəzeti saxta xəbərlərdə lider oldu. Yazıb ki, "Lavrov həmin gecə Pekinə uçdu, lakin prezident nazirə qayıtmağı əmr etdi".

Bildiririk ki, Sergey Lavrov dünən gecə Smolenkada işləyib və səhər tezdən Moskvada Yaxın Şərqdən olan həmkarları ilə danışıqlara hazırlaşmağa başlayıb. Maraqlıdır, bu ideya ilə çıxış edən alman jurnalistə mükafat veriləcəkmi?", - deyə Zaxarova əlavə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »