Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmişli rayonunda qum-çınqıl karxanalarının fəaliyyətinin monitorinqi keçirilib
İmişli rayonunda qum-çınqıl karxanalarının fəaliyyətinin monitorinqi keçirilib

"Bərpası mümkün olmayan faydalı qazıntı materiallarının hasilatı, gələcəkdə su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin monitorinqi bu dəfə İmişli rayonunda həyata keçirilib.

İmişli rayonunda qum-çınqıl karxanalarının fəaliyyətinin monitorinqi keçirilib

İmişli rayonunda yerləşən Bəhrəmtəpə1, Bəhrəmtəpə2 və İmişli qum-çınqıl yataqlarının ərazilərində keçirilən yoxlamaların nəticəsində məlum olub ki, yerin təkindən istismar qaydalarına riayət olunmaması nəticəsində Araz çayının müasir məcrasının dəyişməsi, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşmüş, minerallaşma dərəcəsi isə dəyişmişdir.

Agentliyin Geoloji Ekspertiza və Reyestr şöbəsinin aparıcı mütəxəssisi geoloq Sadiq Əmiraslanov qeyd edib ki, karxanaların fəaliyyəti nəticəsində Araz çayının yeni məcrasında çayın sağ və sol kənarlarında “oyuq”lar əmələ gəlmiş, çayın müasir məcrasından kənarda isə göllər və axmazlar yaranmışdır.

Açıq səthə malik olan yeraltı sulardan buxarlanma baş verdiyinə görə həmin sular yüksək minerallaşma dərəcəsinə malikdir. Bəhrəmtəpə-2 qum-çınqıl yatağının, 50 % ərazisində karxana fəaliyyəti nəticəsində dərinliyi 22 m-ə qədər olan göllər əmələ gəlmişdir. Həmçinin göllərdə su səviyyəsinin aşağı düşməsi ilə qum-çınqıl yatağının ətrafındakı ərazilərdə qrunt sularının səviyyəsinin aşağı düşməsi və kimyəvi tərkibində neqativ dəyişiklik baş vermişdir.

İmişli rayonunda qum-çınqıl karxanalarının fəaliyyətinin monitorinqi keçirilib

Sadiq Əmiraslanov onu da vurğuladı ki, Araz çayının müasir və qədim məcrası ərazilərində karxana fəaliyyəti zamanı əmələ gəlmiş çuxurlar, gölməçə və göllərin uyğun litoloji tərkibə malik materiallarla rekultivasiya olunması məqsədəuyğun hesab edilir. Çayın müasir məcrasından kənarda, bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılması, gələcəkdə bu zona üçün su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.

Agentliyin monitorinq şöbəsinin müdiri Zaur Səidi öz növbəsində fəaliyyəti istismar qaydalarına uyğun olmayan karxanalar barəsində görülən tədbirlər haqqında danışdı. Belə ki, sözügedən bu ərazidə hələ 2020-ci ildə işində nöqsanlar aşkar olunan karxanaların fəaliyyəti dayandırılmışdır. 2021-ci ildə isə istismara icazə şərtlərini pozan karxanaların dağ-mədən aktları ləğv olunmuş və hasilat işləri qadağan edilmişdir. Yataqayırma hüdudundan kənarda aparılan hasilat işləri ilə bağlı iddialar qaldırılmışdır.

İmişli rayonunda qum-çınqıl karxanalarının fəaliyyətinin monitorinqi keçirilib

Qeyd edək ki, Agentlik hasilat zamanı yol verilmiş nöqsanları müəyyən edir və “Azərbaycan Respublikasında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli Qərarına uyğun olaraq hesablama aparır. Ziyanın ödənilməsi məhkəmə qaydasında həyata keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »