Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya “superdövlət” statusunu itirdi: Ordusu 1970-ci illərdə ilişib qalıb”
“Rusiya “superdövlət” statusunu itirdi: Ordusu 1970-ci illərdə ilişib qalıb”

“Rusiya diktatoru Vladimir Putin Ukraynaya qarşı çılğın müharibəyə girməklə ölkəsinin ordusu ilə bağlı xoşagəlməz reallığı üzə çıxardı: bu, onun illərdir dünyaya təqdim etməyə çalışdığı qədər də müasir və güclü deyilmiş”.

Bu barədə ABŞ -ın “The Washington Post” qəzetində Devid fon Drele yazıb. Bizimyol.info məqalədən bəzi hissələri təqdim edir:

“Rusiyanın Ukrayna şəhərlərini total bombardmana məruz qoyması güc nümayişi kimi görünə bilər. Milyonlarla insan qaçqın düşüb, binalar dağılıb. Vladimir Putinin fəlakətli səhvindən üç həftə sonra ortaya çıxan əsl reallıq isə Rusiyanın zəifliyidir. Putinin “ildırım sürətli” işğalının baş tutmaması qoşun dislokasiyasının uğursuzluğu kimi deyil, daha çox hərbi gücün çatışmazlığı kimi görünür. Kreml Vladimir Zelenski hökumətinin qorxaraq qaçacağını və Kiyevi ələ keçirəcəyini düşünməklə həqiqətən də səhvə yol verdi.

Kremlin indi istifadə etdiyi taktika 21-ci əsrin döyüş əməliyyatlarının taktikası deyil. Rusiya 1991-ci ildə Körfəz Müharibəsi zamanı ABŞ və müttəfiqləri tərəfindən yazılmış “supergüc” ssenarisindən istifadə edərək işğala başladı. Quru qoşunlarını da cəlb edərək Ukrayna ərazisində radarları, zenit batareyalarını və uçuş zolaqlarını sıradan çıxarmaq üçün dəqiq idarə olunan raketlər buraxdılar. Bu cür dəqiq zərbələrin məqsədi düşmənin gözünü bağlamaq və səmanı idarə etməkdir. Sonra isə aviasiyanın müşayiəti ilə qoşunlar inamla irəliləməli idi.

“Amma Rusiya Ukraynada bunu etməyi bacarmadı”,- deyə dünyanın ən yaxşı hərbi beyin mərkəzlərindən biri olan Kral Birləşmiş Xidmətlər İnstitutundan Castin Bronk deyib. Onun sözlərinə görə, Rusiya tankları və piyada qoşunları dərhal bataqlığa düşdü: “Bununla da Ukrayna döyüşçülərinə minalar basdıqmaq, mövqeləri möhkəmləndirmək və pusqular qurmaq üçün vaxt qazandırdı".

O vaxtdan bəri analitiklər səmadakı vəziyyəti izləyirlər, lakin çox az şey dəyişib. Bu tapmaca üzərində düşünən Bronk aşağıdakı məlumatları təqdim edib: Rusiya Hərbi Hava Qüvvələrinin pilotları ildə təxminən 100 saat havada olurlar. Üçüncü səviyyəli iqtisadiyyatın nail ola biləcəyi yaınız budur. İldə yüz saat orta hesabla gündə 20 dəqiqədən az uçuş deməkdir.

Müasir hərbi gücün ilkin nümayişi üzərində qurulmayan hücum taktikası Rusiyanın başqa bir zəifliyini vurğulayır : onun "dəqiq" silahlarının çatışmazlığı görünür. Lazer yönləndirməsi və ya GPS ilə idarə olunan "ağıllı bombalar" getdikcə 21-ci əsrin müharibələrində əsas alətə çevrilir. Hətta kiçik Qərb dövlətlərinin silahlı qüvvələri onlarla yaxşı təchiz olunub. Məsələn, Böyük Britaniya arsenalında hər adi bombaya qarşı təxminən 9 ağıllı bomba var, Rusiya ordusunda isə bu nisbət tərsinədir: hər bir ağıllı bomba üçün doqquz şərti bomba var.

Bu, Rusiyanın Suriyadakı son əməliyyatlarının taktikasını da izah edə bilər. Ukraynada olduğu kimi, Putin orada da köhnəlmiş silahlardan istifadə edərək heç bir fərq qoymadan kütləvi bombardmanlara göstəriş verib.

İndi Putin Ukraynanı adi, qeyri-dəqiq bombalarla vurur və buna heç bir şübhə yoxdur. Ukrayna prezidenti Volodimir Zelenski bu dərəcədə cəsarət nümayiş etdirməsəydi, bu taktika işləyə bilərdi. İndi belə çıxır ki, Rusiya ordusu 1970-ci illərdə ilişib qalıb.

Bu, zəifliyin başqa bir təzahürünə də səbəb olur. Kifayət qədər dəqiqliklə idarə olunan sursatlara malik olmayan Rusiya Ukrayna şəhərlərinə hücum etmək üçün nisbətən alçaqdan uçan bombardmançı təyyarələrə və yerüstü artilleriyaya etibar etməlidir. Bu, istər-istəməz ona gətirib çıxarır ki, Ukrayna müqaviməti daha çox hədəfləri vurur, daha çox Rusiya əsgərləri və pilotlarını öldürür.

Təəccüblü deyil ki, Putin indi Çinə kömək üçün yalvarır . Əgər onun öz döyüş maşını kifayət qədər güclü olsaydı, biz bu gücü indiyə qədər görmüş olardıq. Qorxu var ki, Putin əlacsız vəziyyətdə kimyəvi silahlara əl atacaq - fərq qoymadan. Görünməmiş iqtisadi sanksiyalar onun pul və texnologiyaya çıxışını kəsdiyi üçün Putinin boşluqları doldurmaq şansı yoxdur.

Rusiyanın nüvə arsenalı onu birbaşa hərbi təcavüzdən qoruyacaq, hərçənd heç kim Rusiyanı hücumla hədələmək fikrində deyildi. Bununla belə, Ukraynadakı fiasko Rusiyanın “superdövlət” statusunun sonu deməkdir. Putin öz dövlətində yaşanan tənəzzülün miqyasını nümayiş etdirdi, baxmayaraq ki, heç kim onu ​​buna təhrik etmədi”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »