Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynaya silahların çatdırılmasını məxfi saxlayırıq" - Ağ Ev
"Ukraynaya silahların çatdırılmasını məxfi saxlayırıq" - Ağ Ev

ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərinin çatdırılması ilə bağlı məsləhətləşmələri məxfi saxlayır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinq zamanı bildirib. O, həmçinin əlavə edib ki, Ağ Ev bu silahların yerini də açıqlamaq niyyətində deyil. "Biz bu danışıqları gizli saxlamaq niyyətindəyik. Biz bir neçə tərəfdaşla məsləhətləşirik",- deyə Psaki bildirib.

Onun sözlərinə görə, ilk növbədə, Ukrayna ordusuna tanış olan hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi planlaşdırılır. Psaki həmçinin əlavə edib ki, ABŞ Ukrayna üzərində uçuşa qadağan zonası yaratmaq niyyətində deyil və bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər.

Cen Psaki Cen Psaki

O qeyd edib ki, Birləşmiş Ştatlar hələ də Polşanın MiQ-29 təyyarələrini Ukraynaya verməsinin effektiv addım olmayacağını, əksinə, Ukraynada vəziyyətin gərginləşməsinə səbəb olacağına inanır.

Xatırladaq ki, bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Ukraynaya təhlükəsizlik sahəsində kömək üçün 800 milyon dollar ayrıldığını açıqlamışdı . O, həmçinin qeyd edib ki, şənbə günü onun administrasiyası daha 200 milyon dollara icazə verib. Bu yardımların Ukraynaya məhz silahlar formasında çatdırılması planlaşdırılır.

CNN daha əvvəl məlumat vermişdi ki, ABŞ və onun NATO müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini Ukrayna səmasını Rusiyanın qanadlı raketlərindən qoruyacaq hava hücumundan müdafiə sistemləri ilə təmin ediblər. Söhbət sovet dövründən qalma zenit-raket sistemlərindən gedir: “Osa” (NATO təsnifatına görə – SA-8), S-300 sistemləri (SA-10, SA-12) və daşına bilən hava hücumundan müdafiə sistemləri “Strela- 3" (SA-14).

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »