Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Razılaşma planının təfərrüatları sızdı: Rusiyanın Türkiyə ilə bağlı tələbi diqqət çəkdi
Razılaşma planının təfərrüatları sızdı: Rusiyanın Türkiyə ilə bağlı tələbi diqqət çəkdi

Rusiyanın Ukraynaya hücumunun 22-ci günüdür.

Bizimyol.info xəbər verir ki, son günlər dövlət liderləri və nazirlərin bir-birinin ardınca görüşdükləri vaxtda Britaniyanın “Financial Times” qəzeti yazır ki, Rusiya və Ukrayna müharibəyə son qoymaq üçün 15 bəndlik razılaşma planı layihəsi üzərində işləyirlər.

Məlumata görə, planda Kiyevin neytrallığını bəyan edəcəyi və hərbi qüvvələrinin sərhədlərini qəbul edəcəyi təqdirdə Rusiyanın atəşkəs elan edərək geri çəkiləcəyi diqqət çəkir. Sülh danışıqlarının iştirakçılarından alınan məlumatlar əsasında hazırlanan xəbərdə tərəflərin bazar ertəsi danışıqlar masası arxasında bütün bunları müzakirə etdiyi bildirilir.

Digər maraqlı bir məqam isə odur ki, görüşlərdə Türkiyə ilə bağlı məlumatlar da yer alıb.

“Financial Times”a danışan rəsmilər qeyd ediblər ki, “Kiyevdən NATO-ya üzv olmaq istəyini geri götürməsi və ABŞ, Böyük Britaniya və Türkiyə kimi müttəfiqlərinə müdafiə müqabilində xarici hərbi baza və silahlara ev sahibliyi etməyəcəyinə söz verməsi istənilib”. Yəni Rusiyanın tələblərindən biri budur ki, Ukrayna ərazisində Türkiyənin hərbi bazası yerləşməsin.

“Financial Times”a danışan bəzi Ukrayna rəsmiləri Rusiya lideri Putinin bu razılaşmada maraqlı olmadığını və yalnız hərbi qüvvələrinə yenidən vaxt qazanmaq üçün bu addımı atdığını iddia ediblər.

Ukrayna prezidenti Vladimir Zelenskinin baş müşaviri Mykhailo Podolyak isə açıqlaması zamanı bildirib ki, istənilən razılaşma Rusiyanın fevralın 24-dən tutduğu əraziləri tərk etməsini ehtiva edəcək.

“Bunlara Azov və Qara dəniz bölgəsindəki yerlər, həmçinin Kiyevin şərqi və şimalı daxildir. Hazırda effektiv Avropa təhlükəsizlik sistemi yoxdur. Avropada ciddi müharibə başlayanda NATO dərhal kənara çəkildi. Biz Ukrayna təhlükəsizlik modelini təklif etmişik. Bu halda onun ərazi bütövlüyünə zidd vəziyyət yaranarsa, müəyyən sayda qarant ölkə Ukraynanın yanında olacaq”,- deyə bildirib.

Məlumatda qeyd olunur ki, bəyanatda razılaşmanın fevralın 24-dən etibarən yalnız işğal olunmuş ərazilərlə bağlı olduğu bildirilsə də, 2014-cü ildə Krımın ilhaqından sonra Ukraynanın şərqini ələ keçirən Moskvayönlü qruplarla bağlı vəziyyətin fərqli olduğu xatırladılıb.

Plan layihəsində deyilir ki, Ukrayna silahlı qüvvələri qalacaq, lakin NATO kimi bir ittifaqdan kənarda qalmağı öhdəsinə götürür və ölkədə xarici hərbi bazaların yerləşdirilməsinə icazə verilməyəcək.

Onu da qeyd edək ki, Putinin mətbuat katibi Dmitri Peskov da dünən Ukraynanın Avstriya və İsveç kimi neytral statusa malik ola biləcəyini təklif edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »