Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şevçenko qaçqın uşaqlara sığınacaq verəcəyini vəd edib
Şevçenko qaçqın uşaqlara sığınacaq verəcəyini vəd edib

Futbolçu Andriy Şevçenko Ukraynadan olan iki qaçqın uşağı Londondakı evində yerləşdirmək istədiyini bildirib. 45 yaşlı idmançı, bundan başqa, daha 150 ukraynalı uşağa Britaniyada ev tapmağa kömək edəcəyinə söz verib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "İTV"yə müsahibəsində deyib.

"Müharibə çox şiddətlidir və şəhərlərin dağıdılmasını, insanların öldüyünü görmək çətindir. Mən dörd uşaq atasıyam və ölü uşaqların şəkillərini, uşaq xəstəxanasına atılan bombaları görəndə sarsılıram", - deyə Şevçenko qeyd edib.

“Ölkəmə dəstək olmağa, diqqəti cəlb etməyə, baş verənləri danışmağa, insanların qəlbinə toxunmağa, sonra isə şəraiti nəzərə almağa çalışıram.

Təbii ki, mən humanitar yardım toplayıb ölkəmə, xalqıma, qaçqınlara kömək etməyə çalışıram. Hökumətdən qaydalar gözləyirdim, indi də aydındır. Mən burada (Böyük Britaniyada) Ukrayna səfiri ilə əlaqə saxlayıram. Mənim də kömək etmək istəyən bir neçə dostum var və biz 150 qaçqını müxtəlif ərazilərə yerləşdirəcəyik. Mən də evimdə bir-iki uşağa sığınacaq verəcəm”, - deyən ukraynalı idmançı bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »