Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Rusiya-Ukrayna danışıqlarına münasibət bildirib
Zelenski Rusiya-Ukrayna danışıqlarına münasibət bildirib

“Danışıqlar davam etsə də, proses kifayət qədər çətindir”.

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın "NBC" telekanalına müsahibəsində Rusiya ilə danışıqların gedişindən danışarkən deyib.

O qeyd edib ki, istənilən münaqişəni danışıqlar masası arxasında dayandırmaq olar. Zelenski tərəflər arasında mümkün razılaşmanın şərtləri ilə bağlı məlumatı şərh etməyib.

Daha əvvəl "Financial Times" Rusiya və Ukraynanın atəşkəs və qoşunların çıxarılmasını ehtiva edən plan hazırladığını yazmışdı.

Nəşrin yazdığına görə, sənəd Kiyevin neytral statusu və Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması ilə bağlı Kiyev hakimiyyətinin razılığı şərti ilə atəşkəs və qoşunların çıxarılmasını ehtiva edir. Bu müqaviləyə əsasən, Ukrayna NATO-ya üzv olmaqdan imtina etməli və öz ərazisində xarici qoşunlar yerləşdirməlidir.

Bu günə qədər Rusiya və Ukrayna arasında danışıqların dörd raundu baş tutub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »