Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN: “Kırımın ilhaqı beynəlxalq hüquqa ziddir”
Türkiyə XİN: “Kırımın ilhaqı beynəlxalq hüquqa ziddir”

"Ukraynanın Krım Muxtar Respublikası 2014-cü il martın 16-da keçirilən qeyri-legitim referendumla Rusiya Federasiyasına ilhaq edilib. Beynəlxalq hüquqa zidd olan bu əməl ölkəmiz və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır".

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in Krımın Rusiya tərəfindən ihlaqının 8-ci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.

"Krımda baş verənləri, xüsusilə yarımadanın köklü xalqlarından olan Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə davam edəcəyik. Bu münasibətlə Türkiyə strateji tərəfdaşı olan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha təsdiqləyir”,- deyə bəyanatda bildirilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »