Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova Fransa səfiri ilə görüşüb
Sahibə Qafarova Fransa səfiri ilə görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Fransanın ölkəmizdəki səfiri Zakari Qrosla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizimyol.info-ya verilən xəbərə görə, spiker bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirərək, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər və görüşlərin xüsusi rolunu qeyd edib.

Milli Məclisin sədri hazırda Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin mövcud olduğunu deyib.

Spiker ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışıb. Sahibə Qafarova 2020-ci və 2021-ci illərdə Fransadan olan parlament nümayəndə heyətlərinin ölkəmizə səfərlər etdiklərini, bu səfərlər çərçivəsində Gəncə şəhərində və Ağdam rayonunda olduqlarını xatırladıb. O deyib ki, fransalı parlamentarilərin ölkəmizə münasibətdə obyektiv olması və real faktlara istinad etməsi baxımından belə səfərlər vacib rol oynayır.

Görüşdə Milli Məclisin sədri Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli qərəzli qətnaməsinə də toxunaraq, vurğulayıb ki, bu qətnamə tamamilə Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin bəslədiyi yalan məlumatlara əsaslanır, Azərbaycan torpaqlarının 30 illik işğalından irəli gələn reallıqları təhrif edir. Spiker deyib ki, Avropa Parlamentinin bu qətnaməsi Aİ rəhbərliyinin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində son vaxtlar göstərdiyi səylərə də tamamilə ziddir.

Söhbət zamanı spiker Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verib.

Səfir Zakari Qros ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini deyib. Səfir iki ölkə arasındakı dialoq və münasibətlərə toxunub, iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığı qeyd edib.

Regionda sülh və təhlükəsizliyin təmin olunmasından danışan səfir Z.Qros nəqliyyat və kommunikasiya layihələri, "Şərq-Qərb" nəqliyyat dəhlizinin əhəmiyyətindən danışıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »