Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: "Qərbin sanksiyaları bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub"
Putin: "Qərbin sanksiyaları bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub"

"Qərbin sanksiyaları bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Onlar (Qərb ölkələri) Rusiyaya qarşı iqtisadi, maliyyə, ticarət və digər sanksiyaları silah kimi seçiblər ki, bu da indi avropalıların və amerikalıların özlərinə zərbə vurur, yeri gəlmişkən, benzinin, enerjinin, qidanın bahalaşması qeydə alınıb”, - Putin bildirib.

“Xarici aktivlərin, Rusiya şirkətlərinin və fiziki şəxslərin hesablarına qoyulan həbs milli biznes üçün dərsdir ki, öz ölkəsinə investisiya qoymaqdan etibarlı heç nə yoxdur”, - Rusiya lideri qeyd edib.

Putin əmin edib ki, Rusiyanın qarşısını almaq siyasəti Qərbin uzunmüddətli strategiyasıdır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »