Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynaya dəyən ziyanı Rusiyaya ödətdirəcəklər - bu, nəhəng məbləğdir
Ukraynaya dəyən ziyanı Rusiyaya ödətdirəcəklər - bu, nəhəng məbləğdir

"Rusiyanın başladığı müharibə nəticəsində Ukraynaya vurulan ziyanın məbləği ilkin dəyərləndirməyə görə, azı 500 milyard dollardır". Bu barədə Ukrayna maliyyə naziri Serhiy Marçenko danışıb. O, qeyd edib ki, bu müddət ərzində bir çox logistika zəncirləri qırılıb, xeyli sayda müəssisələr dağıdılıb, bəzilərinin də işçiləri çıxıb getdiyi üçün fəaliyyətdən qalıb. Halhazırda Ukraynaya 500 milyard dollar zərər dəyib. Amma dəqiq məbləğ yalnız müharibə başa çatandan sonra açıqlanacaq. Silahlı qarşıdurma uzun müddət davam edərsə, dəyən zərərləri qısa müddətdə aradan qaldırmaq mümükn olmayacaq.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, ümumilikdə ukraynalı ekspertlər tərəfindən də açıqlanan rəqəmlər də göstərir ki, bu silahlı qarşıdurma nəticəsində Ukraynaya milyardlarla dollar zərər dəyib. Bu ziyanın təsirlərini qısa müddətdə aradan qaldırmaq çətin olacaq:

Tural İsmayılov Tural İsmayılov

“Silahlı qarşıdurmanın bitməsi ilə bağlı ortada perspektivlər görünmür. Düzdür, ortada hər iki tərəfin nümayəndələrinin danışıqlar prosesinin davamını həyata keçirməsi və artıq demək olar ki, gündəlik Rusiya-Ukrayna nümayəndələrinin görüşməyi, eyni zamanda Türkiyədə “Antalya Diplomatiya Forumu” da daxil olmaqla iki ölkənin xarici işlər nazirləri arasındakı görüşlərin həyata keçrilməsi prosesdə ümid verici nöqtələrin yarandığını deməyə əsas verir. Lakin Rusiya-Ukrayna qarşıdurması belə qısa müddətdə bitməyəcək”.

Ekspert hesab edir ki, Qərb Ukraynaya dəyən milyardlarla zərərin aradan qaldırılmasında xüsusi köməkliyini göstərməlidir. Artıq ABŞ prezidenti Bayden tərəfindən Ukraynaya 13 milyard dollar yardımın göstərilməsi ilə bağlı qərar verib. Eyni zamanda Qərb təsistaları, Avropa İttifaqı və digər qurumların da hansısa formada müharibə bitdikdən sonra Ukrayanadakı infrastrukturun bərpası və dağıdılmış şəhərlərin yenidən dirçəldilməsi üçün Ukraynaya kömək göstərməsi lazımdır.

T.İsmayılovun sözlərinə görə, Rusiya bu proseslər baş verməmişdən öncə iqtisadi və siyasi sanksiyaların arealının bu qədər geniş olacağını proqnozlaşdırırdı.

“Rusiyada kifayət qədər imkanlar mövcuddur. Və Rusiya itkilərini hansısa bir formada başqa ölkələrdən kompensasiya etmək üçün yardım istəməyəcək. Rusiyanın Avrasiya İqtisadi Birliyi və KTMT-də birlikdə təmsil olunduğu ölkələrin Rusiyaya hansısa kiçik köməklikləri dəyə bilər. Amma ümumilikdə bu dövlətlərin özünün də iqtisadi imkanları o qədər də geniş deyil ki, Rusiyaya qlobal anlamda, ciddi şəkildə hansısa dəstək verə bilsinlər”,- deyən ekspert bildirib ki, silahlı qarşıdurma bitdikdən sonra həm Ukraynanın yenidən qurulması, həm də Rusiyanın üzərinə qoyulan çoxsaylı sanksiyaların pilləli şəkildə ləğv edilməsi mərhələsi baş verəcək. Onun sözlərinə görə, post pandemiya dövründə silahlı qarşıdurmanın bizim region üçün yaratdığı iqtisadi çətinliklər dövlətlər nə qədər önləm alsa da, digər ölkələrə də sirayət edək.

Qərb mətbuatının yazdığına görə, Rusiya Mərkəzi Bankının Avropada dondurulumuş 350 milyard dollar vəsaiti və hazırda üzərinə həbslər qoyulan digər vəsaitləri sonda kompensasiya olaraq Ukraynaya veriləcək. Ukrayna bu tələblə beynəlxalq mühakimə institutlarına müraciət edərsə, bu tələbin təmin ediləcəyinə artıq heç kim şübhə etmir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »