Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Cəsədlər küçələrdə qalıb": Mariupoldan dəhşətli qaçış - Video
"Cəsədlər küçələrdə qalıb": Mariupoldan dəhşətli qaçış - Video

81 yaşlı Marina Panova Ukraynanın cənub-şərqində, Rusiyanın hücumu davam etdiyi üçün şəraitin ağır olduğu Mariupoldan qaçmağı bacaran xoşbəxt vətəndaşlardan biridir.

Bizimyol.info xəbər verir ki, bu barədə "aljazeera" məlumat verib.

Azov dənizində yerləşən 430 000 nəfərlik strateji liman şəhəri 10 gündən artıqdır ki, Rusiya hərbçiləri tərəfindən mühasirədə saxlanılır. 2300-dən çox insanın ölümlə üz-üzədir. Sakinlərin bir yandan qida, su, istilik və dərman vasitələri üçün mübarizə aparır, digər tərəfdən də, mərmi atəşi ilə üzləşirlər. Meyitlər ənəvi qaydada dəfn mümkün deyil, kütləvi məzarlıqlarda basdırılıb. Hətta küçələrdə qalan meytlər var.

Panova 10 gün psixiatrik xəstəxananın zirzəmisində sığındı və evakuasiya marşrutu ilə şəhərdən təxliyə yolu ilə Ukraynanın nəzarətində olan ərazidəki ən yaxın - təxminən 260 km (160 mil) uzaqlıqdakı təhlükəsiz şəhər olan Zaporijjiyaya çatıb.

Mühasirəyə alınan Mariupoldan ilk təxliyə edilənlər yorğun, qorxmuşvəziyyətdə və zədələnmiş avtomobillərdə Zaporojjyaya getdilər.

Minlərlə məcburi köçkünü qəbul etmək üçün çevrilmiş sirk binasında həyati vacib ləvazimatları aldıqdan sonra, təxliyə edilənlər başqa yerə yerləşdirilmək üçün yenidən avtobuslara mindilər. Çoxları ölkənin qərbinə və ya Polşaya və ya digər həmsərhəd ölkələrə üz tutdu.

Yenidən yola düşmək üçün avtobusa minən Panova: “Onlar bizim torpağa niyə gəliblər? Niyə? Niyə uşaqlarımızın qanını axıtmağa gəliblər? Heç kim onlara gəlmələrini istəmədi. Hamımız yaşamaq istəyirik. Bizə onların Rusiyası lazım deyil. Niyə bunu bizim başımıza gətirirlər?”, - ağlayaraq dedi.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »