Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin buraxdığı dörd ciddi səhv: Ukrayna aludəçiliyi Rusiyanı necə çökdürür?
Putinin buraxdığı dörd ciddi səhv: Ukrayna aludəçiliyi Rusiyanı necə çökdürür?

Ukrayna böhranı dünya dövlətlərinə bir çox sahədə mənfi təsir edib. Ticarət, maliyyə, istehsal, texnologiya, enerji, nəqliyyat, turizm, qida, idman kimi həyatın bütün sahələrində Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mənfi təsirləri və fəsadları getdikcə artır və genişlənir. Rusiyanın hücumu davam etdikcə, qlobal xərclər artmaqda davam edir. Bu yazıda məsələnin ABŞ, NATO və Aİ aspektlərinə varmadan yalnız Putinin Ukrayna ilə bağlı səhv hesablamasının Rusiyaya və rus xalqına vuracağı xərclər üzərində dayanmaq istərdim.

Putin 2001-ci ilin iyul məqaləsində iddia etdiyi kimi, tarixi istinadlara və millətçiliyə əsaslanaraq, Ukraynanın dövlət və xalqının ayrı bir millət olmadığı iddiası ilə yola çıxdı. Amma Putin öz əlləri ilə bütün dünyaya həftələrdir davam edən vəhşi hücuma müqavimət göstərən Ukraynanın ayrı bir kimliyə sahib olduğunu, ayrıca dövlət olduğunu göstərdi. Ukrayna artıq mövcud idi və Putin bunu belə görürdü. BMT-nin Fövqəladə Baş Assambleyasının qərarı da Putinin iddialarının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmədiyini açıq şəkildə qeydə aldı.

Belə görünür ki, Putinin Ukraynaya olan aludəçiliyi Rusiya xalqının bəzi təbəqələri tərəfindən qəbul edilmir. Təhlükəsizlik qüvvələrinin repressiv reaksiyalarına baxmayaraq, ölkədə müharibə əleyhinə nümayişlər davam edir. Hərbi əməliyyatlar uzandıqca, həm insan itkisi artacaq, həm də sanksiyaların təsiri özünü gündəlik həyatda daha çox hiss etdirəcək, ona görə də müharibəyə qarşı daxili müqavimət arta bilər.

Sovet İttifaqının dağılmasından sonra Rusiyanı qlobal gücə çevirən Putin Ukrayna kontekstində hər zaman olduğundan “daha böyük bir tikə”ni udmağa çalışır. Ancaq bunun nəticəsində Rusiya xalqı yeni bir travma yaşaya bilər, təcrid olunma hissi yüksələ bilər. Putini ittiham etməklə, çox rahatlıqla da siyasi hədəfə çevrilmək olar.

Putinin hərbi planlarına gəldikdə isə burada dörd səhv hesablamanın olma ehtimalını qeyd edə bilərik.

Birincisi, artıq Onun nəzarətində olan Donbas bölgəsindəki mövcud vəziyyət Putində ölkənin qalan hissəsini işğal etmək üçün aldadıcı bir üstünlük hissi yarada bilər.

İkincisi, Putin hərbi əməliyyatın planlaşdırıldığı kimi və müəyyən edilmiş qrafikə uyğun davam edəcəyini düşünərək səhv edə bilər.

Üçüncüsü, O, Ukrayna tərəfinin müqavimətinin effektivliyini yaxşı hesablamamış ola bilər.

Dördüncüsü, NATO münaqişəyə birbaşa müdaxilə etməsə də, NATO ölkələrindən və digərlərindən Ukraynaya silah yardımı axınının bu qədər intensiv və təsirli olacağını düşünməmiş ola bilər.

Nəticə etibarilə Putin Ukraynaya hücumu sayəsində NATO-nun şərqə doğru genişlənməsini bir qədər dayandırdı. Lakin O, yəqin ki, hücumun NATO-nun həmrəyliyini gücləndirəcəyini və Avropa ölkələrinin müdafiə xərclərini artıracağını da planlaşdıra bilməyib.

ABŞ, Aİ və dünyanın bir çox ölkələri tərəfindən həyata keçirilən hərtərəfli və çoxölçülü sanksiyalar, görünür, artıq Rusiya iqtisadiyyatına və maliyyəsinə dağıdıcı ağır təsirini göstərməyə başlayıb. Rubl ucuzlaşır, birja günlərdir açılmır, ixrac və idxala məhdudiyyətlər qüvvəyə minib. Onun beynəlxalq maliyyə sistemindən kənarda qalması Rusiyanı daha da gücləndirir. Rusiyada geyim, texnologiya, qida, yanacaq kimi müxtəlif sektorlarda fəaliyyət göstərən Qərb şirkətlərinin fəaliyyətini dayandırması, gündəlik həyata birbaşa təsir edəcək ciddi məsələlərdir. Bu və digər sanksiyaların Rusiya xalqının həyat keyfiyyətini əks etdirməsi üçün müəyyən vaxt tələb oluna bilər, lakin bütün bu sanksiyaların çox yaxın gələcəkdə rus xalqına ciddi mənfi təsir göstərəcəyi şübhəsizdir. Başqa sözlə, Rusiya iqtisadiyyatı sanksiyalara görə getdikcə daha ağır çətinliklərlə üzləşəcək və bunun əzab-əziyyətini də rus xalqı çəkməli olacaq.

Ukrayna hücumunun gedişatı Putinin daxili və beynəlxalq xarizmasını və “böyük rus lideri”ünvanını çox ciddi zədələyir. Hətta onun səhhəti də sual altındadır. İşğal hücumunun necə bitəcəyindən asılı olmayaraq, Putin istədiyi kimi Ukraynanı Rusiyaya birləşdirə bilməyəcək. Ukrayna “neytral” ölkə ola bilər, lakin Rusiyaya tabe deyil. Ukraynaya hücum və işğalın həyat, iqtisadiyyat və prestij baxımından Putinə və onun xalqına ödədəcəyi faktura olduqca böyük olacaq.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »