Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Olena Zelenski: "Mən də həyat yoldaşıma görə qorxuram"
Olena Zelenski: "Mən də həyat yoldaşıma görə qorxuram"

Ukraynanın birinci xanımı Olena Zelenski əri üçün qorxduğunu, lakin onun gücünə və sevgisinin gücünə şübhə etmədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Amerikanın "ABC News" telekanalına danışıb.

Süjetdə Volodimir Zelenskinin həyat yoldaşı görkəmli qadın və əsl cəsarət nümunəsi adlandırılır.

ABŞ və Avropa ölkələrini Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə, Ukrayna səmasını bağlamağa və ya aviazərbələrin qarşısını aımaq üçün, heç olmasa, hərbi vasitələr verməyə çağıran Olena: "Bu gün çiyninə dostcasına sığallar ukraynalıların özlərini müdafiə etməsi üçün kifayət deyil. Bu gün rəğbət və narahatlıq sözləri də insanları xilas etmir", - deyə bildirib.

"Ukraynadakı hər bir qadın kimi, indi mən də həyat yoldaşımın həyatı üçün qorxuram. Və onun nə qədər güclü və dözümlü olduğunu bilirəm. O, öz ölkəsini, vətənimizi sevir, xalqını, ailəsini, məni sevir. Mən də bilirəm onda bu hisslər nə qədər güclüdür. Ona görə də bütün bunları sona qədər müdafiə edəcək”, -deyə qeyd edir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »