Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin ətrafındakı oliqarxların dəstəyini necə itirir...
Putin ətrafındakı oliqarxların dəstəyini necə itirir...

Ukraynadakı müharibənin gedişi Kremlin rəhbəri Vladimir Putini çətin vəziyyətə salıb. Savaş heç də plan üzrə davam etmir. Rusiya ordusu Ukraynada darmadağınla üzləşir. Üstəlik, ölkə iqtisadiyyatı sanksiyalara görə bərbad günə düşüb. Oliqarxlar milyonlar yox, milyardlar itirməyə başlayıb. Rusiyanın zəngin adamları çox narazıdır.

Bizimyol.info xəbər verir ki, Putin ətrafındakı oliqarxların dəstəyini itirir. Onlar dövlət başçısından çox qorxurlar. Bu mənada kəskin çıxışlara rast gəlmirik. Amma oliqarxlar batmaqda olan gəmidə kapitanla birlikdə olmaq istəmirlər.

Xüsusilə Boris Yeltsin dövründən qalmış zəngin adamlar Putindən istənilən vaxt üz döndərməyə hazırdır. Kremlin rəhbərinin də onlara güvənmədiyi bildirilir. Putin anlayır ki, istənilən an kürəyindən xəncər zərbəsi ala bilər.

Roman Abramoviç, Vladimir Potanin, Oleq Deripaska, Mixail Proxorov, Aleksandr Abramov, Andrey Melniçenko böyük pullar itirib. Onlar dayanmadan müflisləşir. Sanksiyaların yükü isə artır. Tezliklə Putinin ətrafındakı bütün milyarderlər bu statusu əldən verəcək. Narazılığın olmaması mümkün deyil.

Beynəlxalq ekspertlər inanır ki, hadisələr bu cür davam edə bilməz. Oliqarxlar gözləniləndən də bərbad nəticə ortaya qoyan müharibə avantürasını Putinə bağışlamayacaq. Kreml rəhbərinin hətta fiziki sıradan çıxarılması da mümkündür. Avropa İttifaqı düz hədəfi nişan alır. Rusiya oliqarxları müxtəlif istiqamətlərdən sanksiya zərbələri görür. Putin isə bütün bunalara əhəmiyyət vermir. Kremlin rəhbəri mümkün qədər Ukraynaya fiziki zərər vurmağa çalışır.

Oliqarxlar müharibə üzündən rahatlığını itirib. Avropadakı yaxtalar bir-birinin ardınca müsadirə olunur. İmarətlərə hər an basqın ola bilər. Putin bu amilləri nəzərə almalıdır. Amma Rusiyanın dövlət başçısı ağına-bozuna baxmadan Ukraynanı dağıdır. Beləcə, oliqarxların vəziyyətini də ağırlaşdırır. Müharibə bir az da davam etsə, Putin ətrafında heç kimi tapmayacaq. Hətta onunla tez-tez ünsiyyətdə olan Gennadi Timçenko, Yuri Kovalçuk, Sergey Çemezov da rəhbərə arxa çevirəcək.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »