Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkarlar müflisləşməmək üçün Rusiyanı tərk edirlər
Sahibkarlar müflisləşməmək üçün Rusiyanı tərk edirlər

Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadan qismən və ya tamamilə çıxdığını elan edən beynəlxalq şirkətlər ölkədə 200 mindən çox insanı çalışıdırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Forbes” öz hesablamalarına istinadən yazıb.

Əksər yerlərdə, çatdırılma və müştəri xidmətləri dayandırılıb. Yerli işçilər isə maaşlarının heç olmasa bir hissəsini almağa davam edirlər. "Forbes" qeyd edir ki, Rusiyada zavod və fabrikləri olan əksər şirkətlər hələ də dayanacaqlarını elan etməyiblər. Lakin onların bəziləri komponentlər çatışmazlığı səbəbindən fəaliyyətsizdirlər.

Bildirilir ki, "McDonald's" ölkə daxilində satış nöqtələrini bağlayan ən böyük işəgötürən müəssisədir: "Şirkətin Rusiyada olan fast food restoranlar şəbəkəsində 62.000 insan çalışır. Hazırda bəzi restoranlar müştərilərə xidmət göstərməkdə davam edir. Xüsusən Sibirdə ən azı 25 nöqtə açıqdır", - deyə Forbes qeyd edir.

"KFC" və "Pizza Hut" brendlərinin sahibi olan "Yum Brands" birbaşa nəzarətində olduğu 70 restoranının fəaliyyətini dayandırıb. Şəbəkənin Rusiyada 1000-ə yaxın "KFC" satış məntəqəsi var. Ölkədəki fəaliyyətini dayandıran "Starbucks" 2000 işçisinə maliyyə dəstəyi vəd edib. Hazırda qeyri-müəyyən vəziyyətdə olan daha 19 min rusiyalı "Pepsico"da işləyib.

İsveçin "IKEA" şirkəti 14 Mega ticarət mərkəzi istisna olmaqla, bütün Rusiya mağazalarını üç ay müddətinə bağlayıb. Şirkət yerli istehsalı və yerli podratçılardan alışı dayandırsa da, hələ də 15 min işçini işdən çıxarmayıb. Dünyanın ən böyük geyim və ayaqqabı pərakəndə satış şirkətlərindən biri olan İspaniyanın "Inditex" şirkəti (Zara, Pull&Bear, Massimo Dutti, Bershka, Stradivarius, Oysho və s. brendlər) də 502 Rusiya mağazasının işini dayandırsa da, 9000 işçiyə maliyyə dəstəyini davam etdirir.

Rusiyalı işçilər isə bu ödəmələrin nə qədər davam edə biləcəyi ilə bağlı narahatdırlar. Onlar müharibənin uzanacağı təqdirdə maliyyə dəstəyindən məhrum olacaqlarını düşünürlər.  Maşşlarını alacaqları barədə xəbərdar edilsələr də, onlar özlərini işsiz qalmış sayırlar. Və Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin tezliklə dayandırılmasını istəyirlər. Ölkənin sürətlə kasıbladığını hiss edən iş adamları isə, qadağalara baxmayaraq, sərvətlərini və işlərini xaricə daşımağa üstünlük verirlər.

Qadir, Bizimyol.info 

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »