Bu gün Ukraynanın cənubunda Rusiyanın iki "Su-30SM" qırıcısı məhv edilib.
Bizimyol.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı məlumat yayıb.
Qırıcılar Odessa vilayətindəki kəndlərdən birinə hücum etməyə cəhd ediblər, lakin “Cənub” Hava Komandanlığının zenit-raket bölməsi tərəfindən məhv edilib.
Bildirilir ki, təyyarələr Qara dənizə düşdükdən sonra pilotlar havaya qalxıb. Onların sonrakı taleyi barədə məlumat yoxdur.
Qadir, Bizimyol.info