Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putini cəzalandırmağın yalnız bir yolu var” – Boris Conson
“Putini cəzalandırmağın yalnız bir yolu var” – Boris Conson

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Qərbin özü Rusiya prezidenti Vladimir Putinə özünü cəzasız hiss etməyə şərait yaradıb: “Avropanın Rusiya neft və qazından asılılığı faktiki olaraq onu cəzasız qoyub. Putini dayandırmaq üçün Rusiyadan qaz almağı dayandırmaq lazımdır”.

Bu barədə Boris Conson Britaniyanın “The Telegraph” nəşri üçün məqaləsində yazıb . “Rusiya lideri onun neft və qazına olan ehtiyacımızdan istifadə etdi, lakin indi biz nəzarəti geri almalıyıq”,- deyə baş nazir yazıb.

2014-cü ildə Rusiyanın təcavüzünə, Ukrayna ərazisinin bir hissəsinin ilhaqına baxmayaraq, Qərb dövlətləri Rusiya Federasiyası ilə iqtisadi əlaqələri davam etdirdilər. O vaxtdan sonra Rusiya nefti və qazından asılılıq hətta bir az da artıb.

"Və Putin, nəhayət, Ukraynada amansız müharibəsinə başlamağa gələndə düşünürdü ki, dünyanın onu cəzalandırması çox çətin olacaq. O, bilirdi ki, Avropanın Rusiyadan asılılığı yaranıb. Buna görə də özünü doğum evlərini bombalamağa qadir hiss edir. Buna görə də o, qaçan ailələrə qarşı fərq qoymadan hücumlar etmək cəsarətini özündə toplayıb və onun bombaları düşdükcə neft və qazın qiyməti daha da yüksəlir, bu da o deməkdir ki, sizin pulunuz azalacaq, Putinin pulu isə artacaq”,- deyə Conson yazıb.

Putini dayandırmağın yeganə yolu onun qazını almaqdan imtina etməkdir. "Putinin təcavüzünü dayandırmağa və beynəlxalq hüquqa hörmət etməyə məcbur etməyin yeganə yolu Rusiya karbohidrogenlərinin əsas nəqlini dayandırmaqdır və biz etiraf etməliyik ki, belə bir addım ağrılı olacaq",- deyə Britaniyanın baş naziri əmindir.

Amma onun fikrincə, bu mümkündür və bu istiqamətdə hərəkətə başlamağın vaxtıdır: “Bunun üçün sizə nə lazımdır:

- Alternativ enerji mənbələrinə keçin. Yaşıl elektrik təkcə ətraf mühit üçün deyil, həm də bank tarazlığı üçün yaxşıdır. Şimal dənizində külək turbininin bir kilovatının qiyməti qazla işləyən elektrik stansiyasının istehsal etdiyi kilovatdan azdır.

- Atom elektrik stansiyalarına sərmayə yatırmaq lazımdır. Biz bərpa olunan bütün enerji mənbələrindən istifadə edəcəyik. Su-elektrik stansiyalarından tutmuş geotermal energetikaya qədər bütün bərpa olunan enerji texnologiyalarının potensialından istifadə etməliyik. Amma bizim həm də baza enerjiyə ehtiyacımız var - günəş parlamadıqda və ya külək əsmədikdə belə etibar edə biləcəyiniz enerji mənbəyi lazımdır”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »