Prezident Vladimir Zelenski bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi biabırçılıq və yoxsulluqla başa çatacaq.
Bizimyol.info xəbər verir ki, Zelenski bu barədə Facebook sosial şəbəkəsində yayımladığı videomüraciət zamanı bildirib.
"Rusiya vətəndaşları! Həqiqi məlumat əldə edən hər biriniz bu müharibənin ölkəniz üçün necə bitəcəyini artıq başa düşə biirsiniz. Utanc və yoxsulluq. İllərlə dünyadan təcrid olmaq. O sistem necə işğalçıların ukraynalılarla qeyri-insani rəftar edilməsinə göstəriş verdiyi kimi, Rusiya vətəndaşlarına da eyni şəkildə qəddar və repressiv davranır. Siz bu sistemi durdura bilərsiniz. Bundan sonra baş verənlər sizin hərəkətlərinizdən asılıdır”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin çərşənbə günü səhər saat 09:00-da yerli vaxtla saat 16:00-da ABŞ-da keçiriləcək birgə iclasda Konqresin üzvləri qarşısında çıxış edəcəyi gözlənilir.
Qadir, Bizimyol.info