Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NHK: Şimali Koreya ballistik raket buraxıb
NHK: Şimali Koreya ballistik raket buraxıb

Şimali Koreya çərşənbə günü ballistik raket buraxdığı güman edilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Yaponiyanın "NHK" telekanalı məlumat yayıb.

Vurğulanır ki, Yaponiya Müdafiə Nazirliyi hazırda Şimali Koreyanın növbəti buraxılışı ilə bağlı məlumat toplayır və təhlil edir.

Yaponiyanın baş naziri Fumio Kişidanın ofisi nəzdində böhran qərargahı işə başlayıb və hazırda bu il onuncu olan Pxenyanın raket buraxılışından mümkün zərər haqqında məlumat toplayır.

Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi çərşənbə axşamı bildirib ki, Koreya Respublikası və ABŞ hərbçiləri Koreya yarımadasındakı hərbi hissələrinin döyüş hazırlığını artırıblar və alınan məlumatlardan sonra daim əlaqə saxlayırlar.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »