Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əziz Castin, yaşamaq istəyirik” - Zelenski Kanadaya səsləndi
“Əziz Castin, yaşamaq istəyirik” - Zelenski Kanadaya səsləndi

Ukrayna Prezidenti Volodimir Zelenski Kanada Federal Parlamentinin Baş Assambleyasına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Zelenskini çıxışını onlayn formatda edib.

O, Ukraynanın hava məkanının bağlanması tələbini yenidən dilə gətirib:

“Xahiş edirəm, göy üzünü bağlayın, hava məkanını qapadın. Xahiş edirəm, bombalamağı dayandırın. Bunu edənədək şəhərlərimizə daha neçə raket düşməlidir?”

Dövlət başçısının nitqi emosional olub:

“Sizdən şəhərlərinizin bombalanmasının, evlərinizin yandırılmasının, şəhərlərinizin dağıdılmasının necə bir şey olduğunu xəyal etməyinizi istəyirik. Rusiya Ukraynanı məhv etməyə çalışır”.

Ukrayna lideri son 20 gündə Ukraynada nələr yaşandığını Kanada Baş naziri Castin Trüdoya müraciətlə dilə gətirib:

“Əziz Castin, qadınlar və uşaqlar daxil olmaqla, hər gün itkilərin sayı barədə hesabatlar aldığınızı xəyal edə bilərsiniz? Kiminsə Monreal və ya başqa Kanada şəhərlərində Kanada bayraqlarını endirdiyini düşünə bilərsiniz?

Səninlə dostuq, Castin. Amma eyni zamanda anlamağınızı və hər gün hiss etdiklərimizi hiss etməyinizi istəyirəm. Yaşamaq və müzəffər olmaq istəyirik”.

O, Kanada hökumətinə təşəkkür edib:

“Ancaq Rusiya təyyarələrini və raketlərini dayandırmaq üçün uçuşa yasaq bölgə daxil olmaqla, daha çox köməyə ehtiyacımız var.

Ukraynalılar üçün hər gecə qorxunc bir gecədir. Çox şey istəmirik. Ədalət istəyirik, həqiqi dəstək istəyirik”.

Zelenski Rusiyaya indiyə qədər tətbiq olunan sanksiyaların kifayət etmədiyini və Rusiyanın müharibə əzmini itirməsi üçün bir dolları belə qalmamasını təmin edəcək daha çox iqtisadi sanksiya tətbiqinin zəruriliyini dilə gətirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »