Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Prezidenti ABŞ-ın Dövlət katibi ilə telefonla danışıb
Azərbaycan Prezidenti ABŞ-ın Dövlət katibi ilə telefonla danışıb

Martın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizimyol.info-nun xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.

Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »