Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın 10-14 günlük gücü qalıb, sonra Ukrayna üstünlük qazanacaq – Britaniyanın hərbi mənbələri
Rusiyanın 10-14 günlük gücü qalıb, sonra Ukrayna üstünlük qazanacaq – Britaniyanın hərbi mənbələri

Böyük Britaniya Müdafiə Nazirliyinin yüksək vəzifəli mənbələri bildiriblər ki, Rusiya ordusu Ukraynada tam döyüş qabiliyyətini cəmi 10-14 gün ərzində saxlaya biləcək, bundan sonra artıq ələ keçirdikləri əraziləri qoruyub saxlamağa çalışacaqlar.

“Onların açıqlamasına görə, Ukrayna ordusu Rusiya qüvvələrini daimi “hərəkətdə olmağa” məcbur edir və Rusiya ordusu iki həftə ərzində “kulminasiya nöqtəsinə” çata bilər, bundan sonra “Ukraynanın müqavimət gücü Rusiyanın hücum gücündən daha üstün olacaq”,- deyə İngiltərənin “The Daily Mail” yazır.

Materialda qeyd edildiyi kimi, Moskvanın canlı qüvvəsi çatışmadığına görə Rusiya ordusunun Ukraynada irəliləməsi faktiki olaraq artıq dayanıb. Ukrayna prezidenti Vladimir Zelenski martın 15-də Ukrayna xalqına səhər müraciətində bu nikbinliyi təkrarən aşılayıb və bildirib ki, Ukrayna ordusu “Rusiya qüvvələrini sarsıdıcı itkilərə məruz qoymaqda davam edir”.

"Tezliklə vurulan Rusiya helikopterlərinin sayı yüzlərlə olacaq. Onlar artıq 80 döyüş təyyarəsini, yüzlərlə tankı və minlərlə digər texnikanı itiriblər. 19 gün ərzində Rusiya ordusu Ukraynada iki Çeçenistan müharibəsində olduğundan daha çox canlı qüvvə və texnika itirib”,- deyə Zelenski bildirib.

Lakin Rusiyanın işğal potensialı səngidikcə, onun üsulları getdikcə daha qəddarlaşır, şəhərlər getdikcə hədəflərin fərqinə varılmadan raket atəşinə tutulur. Putinin işğal potensialının tükənməsi faktı onun Ukraynada işlərinin plana uyğun getmədiyini açıq şəkildə göstərir və Ukraynanın müttəfiqləri getdikcə bunu daha böyük əminliklə dilə gətirirlər.

Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov martın 15-də etiraf edib ki, “hər şey bizim istədiyimiz kimi sürətlə getmir”. Bununla belə, o vurğulayıb ki, Rusiya “addım-addım” qələbə qazanacaq.

Rusiyanın hücum potensialının zəifləməsini təqdiqləyən başqa bir fakt onun Suriyadan muzdlu döyüşçülər gətirməsidir. Rusiya hökuməti bunu rəsmən etiraf edib. Amma onların muzdla döyüşdüyünü təkzib edir. Putin bildirib ki, əgər onlar təmənnasız olaraq bizim üçün döyüşməyə hazırdırlarsa, niyə də qəbul etməyək. Halbuki Suriya döyüşçülərinin Rusiya uğrunda havayı ölməyə hazır olması çox da inandırıcı görünmür.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »