Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq Çinə çağırış edib
Stoltenberq Çinə çağırış edib

“Çin Rusiya tərəfindən Ukraynanın qəddar işğalını şiddətli şəkildə qınayaraq dünyanın geri qalanına qoşulmalıdır”.

APA-nın xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata açıqlamasında deyib.

“Rusiyaya hərbi və ya digər istənilən dəstək faktiki olaraq onun müstəqil və suveren ölkə olan Ukraynaya qarşı qəddar müharibə aparmasına, ölümlərə, böyük miqyaslı dağıntılara səbəb olan müharibəni davam etməsinə yardım edir. Çinin BMT Təhlükəsizlik Şurasının üzvü kimi beynəlxalq hüququ dəstəkləmək öhdəliyi var. Rusiyanın Ukraynanı işğalı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Biz Çini işğalı aydın şəkildə qınamağa və Rusiyanı dəstəkləməməyə çağırırıq. Biz, həmçinin Çinin Rusiyaya hər hansı bir dəstəyinin əlamətini müşahidə edirik”, - Stoltenberq bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »