Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya hərbçisi: “Döyüşmək istəməyəni güllələyirlər”
Rusiya hərbçisi: “Döyüşmək istəməyəni güllələyirlər”

Rusiya ordusu Ukraynada qarşısına qoyduğu məqsədlərə çata bilmir. Müharibənin 20 günü Kreml qoşunları üçün böyük itkilərlə yadda qalıb. Hücum edən tərəfin Kiyevi ələ keçirə bilmədiyini artıq əminliklə demək olar. Rusiya müharibəni uduzur.

Bizimyol.info xəbər verir ki, orduda ciddi başıpozuqluq hökm sürür. Rusiya ordusunun əsgərləri döyüşmək istəmir. Rəhbərlik onları sərt cəza ilə hədələyir. Ukrayna xüsusi xidmət orqanlarının əldə etdiyi səsyazıları gerçəki ortaya qoyur. Növbəti belə materialda daha acı reallıq üzə çıxıb.

Səs yazısında Ukraynada döyüşən rus əsgərin dostuna zəng vurduğu məlum olur. O, heç nəyin qaydasında olmadığını deyir.

“Qayıtmaq istəyirəm. Hamı bunu istəyir. Buldaçiyev qaçmağa cəhd göstərmişdi, buna görə güllələmişdilər. Rövşəni də qaçdığına görə öldürüblər”.

Əsgərin dostu döyüşmək istəməyənlərin güllələnməsinə xeyli təəccüblənir. Həmin şəxs bunun doğru olmadığını deyir. Rus hərbçinin dediyindən belə anlaşılır ki, döyüşdən yayınanlar vətənə yanacaq daşıyan maşınlarda geri qayıtmağa çalışır. Amma ələ keçənlər çox olub. Fərarilik edən Rusiya hərbçilərinin heç birini sağ buraxmayıblar.

Ümumiyyətlə, Ukrayna xüsusi xidmət orqanlarının ortaya çıxardığı səsyazıları Rusiya ordusunda hansı səviyyədə özbaşınalıq olduğunu aşkar göstərir. Qarşı tərəfdən böyük zərbələr alan rus hərbçilər atılmış binalara sığınır. Onlar qidalanmaq üçün ərzaq mağazalarını qarət etməli olur.

Rusiya Ukraynada hərbi əməliyyatlara fevralın 24-də başlayıb. Ələ keçirilən sənədlərdən belə məlum olur ki, Kreml martın 6-na qədər qonşu ölkənin ərazisinin böyük hissəsini ələ keçirəcəyinə inanırmış. Amma ukraynalı döyüşçülər inanılmaz qəhrəmanlıq göstərirlər. Rusiya ordusunun 14 minə qədər hərbçisi həyatını itirib. Təxminən 400 tank sıradan çıxarılıb. Kreml müharibəyə Suriyadan döyüşçülər cəlb etməyə çalışır. Digər tərəfdən Belarusa savaşa fəal qoşulmaq üçün təzyiq edilir. Aleksandr Lukaşenko mümkün qədər məsuliyyətdən yaxa qurtarmağa cəhd göstərir. Belarusda da hərbçilər Ukraynaya qarşı döyüşmək istəmir. Ölkəni xeyli kişi tərk edib.

Bəzi media qurumlarının yazdığına görə "Kadırovçular" hazırda məhz bu məqsəd üçün istifadə edilir. Onlar Rusiya hərbçilərinin arxasında maneə xətti yaradıblar. Onlara geri qayırmaq istəyənləri məhv etmək tapşırılıb. Qarşıda isə dəlicəsinə döyüşən Ukrayna ordusu var. O üzdən də bir çox Rusiya hərbçiləri könüllü olaraq əsir düşməyi üstün tuturlar.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »