Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Turkovac" qəbul edən şəxslərdə hər hansı əks göstəriş müşahidə edilməyib
"Turkovac" qəbul edən şəxslərdə hər hansı əks göstəriş müşahidə edilməyib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin müvafiq qurumları tərəfindən müəyyənləşdirilən tələbata uyğun vaksin alışını həyata keçirir. Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq agentlikdən bildirilib ki, hazırda müəyyənləşdirilən tələbata uyğun olaraq, 2022-ci ildə təsdiq olunmuş müqaviləyə əsasən 2 milyon 80 min doza vaksinlərin gətirilməsi nəzərdə tutulub. Belə ki, 2 milyon doza CoronaVac, 80 min doza isə Sputnik V gətiriləcək.

Qeyd edək ki, ötən 2021-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı mabrizə tədbirləri üçün 800,8 milyon manat manat istifadə olunub. Bu barədə baş nazir Milli Məclisin bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, ayrılmış vəsaitlərin 314,1 milyon manatı vaksinlərin alınmasına, 165,8 milyon manatı tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə, 132,9 milyon manatı modul tipli xəstəxanaların fəaliyyətinin təmin edilməsinə, 115,3 milyon manatı dərman, tibbi ləvazimatlar, avadanlıqlar və digər malların, xidmətlərin alınmasına, eləcə də digər istiqamətlərə xərclənib.

Xatırladaq ki, Azərbaycanda COVID-19-a qarşı hazırlanan Türkiyə istehsalı olan TURKOVAC peyvəndinin 3-cü faza kliniki sınaqlarına başlanılır. TURKOVAC iki doza digər vaksinlərdən vurdurmuş könüllülər üzərində yoxlanılacaq. Yəni TURKOVAC buster doza kimi vurulacaq. Belə ki, əvvəlcə könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin vaxt COVID-19 olub-olmamaları, digər ciddi xəstəliklərin mövcudluğu araşdırılacaq. Bundan sonra həmin şəxslərin buster dozaya uyğunluğu protokollaşdırılacaq və həmin könüllülərin buster doza formasında kliniki sınağı aparılacaq. Onu da qeyd edək ki, sınaqlarda təxminən 15 aylıq bir dövr nəzərdə tutulub.

Araşdırmalara görə, Türkiyədə peyvəndi TURKOVAC qəbul edən şəxslərdə bu günə qədər hər hansı bir əks göstəriş müşahidə edilməyib. Xatırladaq ki, Türkiyədə 3 sınaq TURKOVAC üçün 18-55 yaşına qədər könüllülər seçilmişdi. Sinovac peyvəndinin istifadə edildiyi ölkələrdə müəyyən edilib ki, Sinovac 94 faiz təsirlidir. BioNTech vaksininin təsiri isə 95 faiz olaraq dəyərləndirilir. Ancaq TURKOVAC vaksininin təsir dairəsinin 250 könüllü üzərində aparılan araşdıralara görə, 100 faiz olduğu açıqlanıb.

TURKOVAC vaksini vurdura bilmək üçün, immun sistemə təsir edən xroniki xəstəliklər olmamalıdır. Belə ki, sistemik və ya dəri lupus eritematozu, otoimmün xəstəliklər, revmatoid artrit, Haşimoto xəstəliyi, HİV və nəhəng hüceyrəli arterit olan xəstələr də TURKOVAC vaksini üçün könüllü ola bilməzlər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »