Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada müharibə - dünya iqtisadiyyatı üzərində Damokl qılıncı
Ukraynada müharibə - dünya iqtisadiyyatı üzərində Damokl qılıncı

"Rusiyanın Ukraynaya qarşı müharibəsi dünya iqtisadiyyatının başı üzərində asılmış Demokl qılıncıdır".

Bizimyol.info xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

Quterreş qida, yanacaq və gübrə qiymətlərinin yüksəlməsinin inkişaf etməkdə olan ölkələrin çörək səbətini bombaladığına diqqət çəkib.

Quterreş: “Rusiya və Ukrayna dünyada günəbaxan yağının yarıdan çoxunu və buğdanın 30%-ni təmin edir. Afrikada istehlak edilən buğdanın ən azı üçdə birinin Ukrayna ilə Rusiyadan alınır və 18 Afrika ölkəsi buğdanın 50%-dən çoxunu bu iki ölkədən idxal edir. Bunlar daha çox ən yoxsul təbəqəyə təsir edir, bütün dünyada siyasi qeyri-sabitlik və iğtişaşlar toxumu səpir”, - deyə o bildirib.

Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli bildirib ki, Ukrayna əkinləri Ukrayna əhalisini və bütün dünyada daha 400 milyon insanı qidalandırıb. Beasley deyib: "İndi dünya bu müharibənin bədəlini yanacaq və qida üçün vəhşi qiymətlərlə ödəyəcək. Bu müharibənin uzanması milyonlarla insanın qidasız qalması ilə nəticələnəcək, təəssüfki proses davam etməkdədir".

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »